Gənclər Kitabxanasında
tanınmış türk yazıçısı Əziz
Nesinin xatirəsi anılıb
Bu il türk yazıçısı, publisist və
dramaturq Əziz Nesinin anadan olmasının 110 illiyi tamam olur.
Bu münasibətlə Cəfər Cabbarlı adına
Respublika Gənclər Kitabxanasında görkəmli dramaturqun
həyat və yaradıcılığından bəhs edən
“Kiçik satirik və yumoristik hekayənin böyük
ustası: Əziz Nesin” adlı biblioqrafik icmal
hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsait görkəmli
türk yazıçısı, publisist və dramaturq Əziz
Nesinin çoxşaxəli ədəbi və bədii irsini gənclər
arasında tanıtmaq və təbliğ etmək məqsədilə
hazırlanıb. Biblioqrafik icmalda yazıçının həyat
və yaradıcılığı haqqında ətraflı məlumat,
görkəmli şəxslərin Əziz Nesin haqqında
söylədikləri dəyərli fikirlər, “Əziz Nesindən
gözəl sözlər”, “Əziz Nesin: “Yaşar nə
yaşar, nə yaşamaz” - olmaqla olmamaq arasında əzilənlərin
hekayəsi”, “Satira və yumorun iki ustadı: Mir Cəlal və
Əziz Nesin”, “Xatırladığım ömür və
Əziz Nesinin bildikləri” adlı məqalələrin tam mətni
yer alır.
Tərtib olunan vəsaitdə Əziz Nesinin müəllifi
olduğu əsərlərin və haqqında qələmə
alınan kitabların biblioqrafik təsviri, qısa
annotasiyası, dövri mətbuat məqalələrinin
siyahısı da istifadəçilərə təqdim olunur.
“Kiçik satirik və yumoristik hekayənin
böyük ustası: Əziz Nesin” adlı biblioqrafik icmal
kitabxananın rəsmi saytında yerləşdirilib.
525-ci qəzet .- 2025.- 23 dekabr (¹234).- S.9.