Səbinə Əliyeva: Amnistiya və
Əfv qərarlarının icrası humanizm prinsiplərini əks
etdirir
Səbinə Əliyeva: Amnistiya və Əfv qərarlarının
icrası humanizm prinsiplərini əks etdirir
Amnistiya və əfv institutlarının icrası cəza
siyasətində humanizm və mərhəmət prinsiplərini
əks etdirir.
"Report" xəbər verir ki, bunu İnsan
Hüquqları üzrə Müəvəkkil (Ombudsman) Səbinə
Əliyeva Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə
müəssisələrində amnistiya aktının
icrası zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda insan
hüquqlarının müdafiəsi dövlət siyasətinin
əsas istiqamətlərindən biridir:
"Amnistiya və əfv qərarlarının
icrası cəza siyasətində humanizm, mərhəmət
prinsiplərini əks etdirir. Ölkədə əfv və
amnistiya institutlarının icrası Ümummilli Lider Heydər
Əliyevin adı ilə bağlıdır. Bu siyasəti
Prezident İlham Əliyev davam etdirir. Bu gün icrasına
başladığımız amnistiya sayca 13-cüdür.
Əfv və amnistiya institutlarının icrası həm məhkumları,
həm onların ailə üzvlərini sevindirməklə
yanaşı, eyni zamanda, cəmiyyətə ciddi mesaj
verir"
525-ci qəzet .- 2025.- 23 dekabr (№234).- S.5.