Akademik: Qərbi Azərbaycan məsələsinin
tarixi kökləri Türkmənçay müqaviləsindən
sonrakı dövrə gedib çıxır
Qərbi Azərbaycan məsələsi bu gün Azərbaycan
dövlətinin daxili və xarici siyasətində prioritet
istiqamətlərdən biri kimi formalaşıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Elm və
Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun
baş direktoru akademik Rasim Əliquliyev “Böyük yolun
davamı” adlı konfransda çıxışı zamanı
söyləyib.
Akademik bildirib ki, Prezident İlham Əliyevin yerli və
beynəlxalq platformalarda Qərbi Azərbaycan mövzusunu
ardıcıl şəkildə gündəmə gətirməsi
dövlətin siyasi iradəsini və məsələnin
strateji əhəmiyyətini açıq şəkildə
göstərir. Qərbi Azərbaycana qayıdış
artıq tarixi yaddaşın bərpası olmaqla
yanaşı, beynəlxalq hüquqa əsaslanan legitim və
real siyasi hədəf kimi qəbul olunur.
“Bu məsələ yalnız son dövr hadisələri
ilə məhdudlaşmır, onun tarixi kökləri Türkmənçay
müqaviləsindən sonrakı dövrə gedib
çıxır. Belə ki, XIX–XX əsrlər boyunca azərbaycanlıların
Qərbi Azərbaycandan mərhələli şəkildə
deportasiyası, mədəni irsin məhv edilməsi və
tarixi yaddaşın silinməsi sistemli xarakter alıb. Qərbi
Azərbaycan anlayışı təkcə ərazi deyil,
yüzillər ərzində formalaşmış sosial-mədəni
mühitin, tarixi abidələrin və milli kimliyin
bütöv şəkildə məhv edilməsinə
qarşı mübarizədir”, - deyə R. Əliquliyev
vurğulayıb.
525-ci qəzet .- 2025.- 23 dekabr (¹234).- S.5.