Azərbaycanın
müasir inkişaf modeli
Dayanıqlı sosial-iqtisadi inkişaf və qalib
dövlətin ideologiyası
XXI əsrin mürəkkəb geosiyasi və iqtisadi
reallıqları şəraitində dayanıqlı
inkişaf yalnız resurslara deyil, ilk növbədə
düşünülmüş strategiyaya, güclü siyasi
iradəyə və effektiv idarəetməyə söykənir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan Respublikası məhz bu prinsiplər əsasında
müasir, çevik və dayanıqlı inkişaf modelini
formalaşdırıb. Dövlət
başçısının vurğuladığı kimi, “bu
gün Azərbaycan gələcəyə çox
böyük ümidlərlə baxır ki, bunun da əsas səbəbi
iqtisadi müstəqillik, iqtisadi güc və siyasi iradədir”.
Son iyirmi ildən artıq dövrdə Azərbaycan
yalnız iqtisadi göstəricilərini deyil, dövlət
suverenliyini, beynəlxalq mövqelərini və sosial rifah səviyyəsini
fundamental şəkildə gücləndirib, regionun
aparıcı güc mərkəzinə çevrilib. Prezident
cənab İlham Əliyevin ölkəyə rəhbərlik
etdiyi dövrdə sosial-iqtisadi inkişaf dövlət siyasətinin
əsas prioriteti olub. İqtisadi artımın keyfiyyətli və
inklüziv xarakter alması məqsədilə sistemli struktur və
institusional islahatlar həyata keçirilib. Qeyri-neft sektorunun
inkişafı, sahibkarlığın təşviqi,
kiçik və orta biznesin iqtisadiyyatda dominant mövqeyə
yüksəlməsi milli iqtisadiyyatın
dayanıqlığını artırıb. İqtisadiyyat iki
qlobal maliyyə böhranından uğurla çıxaraq
xarici təsirlərə davamlı olduğunu sübut edib.
Dövlət büdcəsi sosial rifahın dəstəklənməsi
ilə yanaşı, investisiya fəallığının təminində
də mühüm rol oynayıb.
Azərbaycanın inkişaf modelində insan
kapitalı əsas strateji resurs kimi müəyyənləşdirilib.
Təhsil infrastrukturunun müasirləşdirilməsi gələcək
nəsillərin rəqabət qabiliyyətli yetişdirilməsinə
xidmət edir. Elmi tədqiqat potensialının gücləndirilməsi,
tətbiqyönlü innovasiyaların təşviqi və əqli
mülkiyyətin inkişafı ölkənin bilik
iqtisadiyyatına keçidini sürətləndirib. Səhiyyə
sahəsində həyata keçirilən islahatlar əhalinin
keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını
artırıb, pandemiya dövründə çevik qərarlar
minlərlə insanın həyatının qorunmasına imkan
yaradıb. Ünvanlı sosial yardım mexanizmləri, aztəminatlı
ailələrin dəstəklənməsi və
genişmiqyaslı sosial proqramlar sosial ədalətin təmininə
xidmət edib.
Postpandemiya və postkonflikt dövründə Azərbaycan
Respublikası “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair
Milli Prioritetlər” sənədi ilə keyfiyyətcə yeni
strateji mərhələyə daxil olub. Bu sənəd
dayanıqlı artım, sosial ədalət, innovasiya,
Böyük Qayıdış və yaşıl inkişaf
kimi prioritetləri bir sistem daxilində birləşdirir.
2022-2026-cı illəri əhatə edən
strategiyanın icrası nəticəsində iqtisadiyyatın
şaxələnməsi dərinləşib, maliyyə
dayanıqlığı güclənib və uzunmüddətli
ehtiyatlar formalaşdırılıb. Növbəti mərhələdə
isə süni intellekt, rəqəmsal iqtisadiyyat və yüksək
texnologiyalar əsas inkişaf drayverlərinə çevriləcək.
Azərbaycanın enerji siyasəti dövlət
müstəqilliyinin və beynəlxalq mövqelərinin
möhkəmlənməsində mühüm rol oynayıb.
Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi
Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin əsas
təminatçılarından birinə çevrilib. Bu layihələr
iqtisadi dividendlərlə yanaşı, ölkənin geosiyasi
çəkisini də artırıb. Nəqliyyat-logistika
infrastrukturunun inkişafı Azərbaycanın Şərq-Qərb
və Şimal-Cənub dəhlizlərində mühüm
tranzit mərkəzinə çevrilməsini təmin edib.
Prezident cənab İlham Əliyevin həyata
keçirdiyi ardıcıl ordu quruculuğu siyasəti nəticəsində
Azərbaycan Silahlı Qüvvələri regionun ən
güclü ordusuna çevrilib. 44 günlük Vətən
müharibəsində əldə olunan tarixi Qələbə
milli gücün, siyasi iradənin və xalq-ordu birliyinin təntənəsi
idi. 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı
ilə Azərbaycan öz suverenliyini tam bərpa etdi, dövlətin
ərazi bütövlüyü və konstitusiya quruluşu təmin
olundu. Zəfər diplomatiyası cənab İlham Əliyevin
qlobal informasiya məkanında apardığı prinsipial siyasətin
parlaq nümunəsidir.
İşğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdış proqramı müasir dünya
tarixində analoqu az olan yenidənqurma modelidir. Qarabağ və
Şərqi Zəngəzurda “ağıllı şəhər”
və “ağıllı kənd” konsepsiyaları tətbiq
olunur, müasir infrastruktur qurulur, yaşayış və məşğulluq
təmin edilir. Bu proses yalnız bərpa deyil, gələcəyə
hesablanmış dayanıqlı inkişaf modelidir. Şəhid
ailələri və qazilərə göstərilən diqqət
Prezident İlham Əliyevin sosial siyasətinin əsas
sütunlarından biridir. Mənzil, avtomobil, təqaüd və
reabilitasiya proqramları dövlətin vətəndaşa məsuliyyətinin
real təzahürüdür. YAŞAT Fondu bu siyasətin
institusional davamı kimi çıxış edir.
2003-cü ildə Azərbaycan Respublikasının
Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi
ilə xalqımız misilsiz nailiyyətlərə imza
atıb. Ötən dövrdə həyata keçirilmiş
ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin
sürətli və dayanıqlı inkişafını,
güclü iqtisadi potensialın formalaşmasını,
müasir cəmiyyət quruculuğunu, vətəndaşların
rifahını, təhlükəsizlik və müasir ordu
quruculuğu kimi məsələlərin effektiv həllini təmin
edib, ölkəmizin beynəlxalq nüfuzu yüksəlib,
dünyada strateji əhəmiyyəti artıb.
Bu gün Azərbaycan xalqı formalaşmış
yeni reallıqlar mühitində inamla və qürurla öz
inkişafının növbəti mərhələsinə qədəm
qoyub. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz
müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri
daha da möhkəmləndirmək, Azərbaycanı davamlı
və dayanıqlı inkişaf edən ölkəyə
çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə
irimiqyaslı bərpa və yenidənqurma işlərinin,
Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin
təmin olunması və müasir ordu quruculuğu,
qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan
iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin
rifahının yüksəldilməsi, dövlət idarəçiliyi
sisteminin təkmilləşdirilməsi, müstəqil xarici
siyasət sayəsində Azərbaycanın beynəlxalq
mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət
həyatında şəffaflığın və ictimai
iştirakçılığın, həmçinin ölkədə
mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin
mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin
qorunması və digər məsələlər həyata
keçirilən siyasətin prioritet istiqamətləri
olacaqdır.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə
formalaşdırılmış inkişaf modeli güclü
dövlətçilik, dayanıqlı iqtisadiyyat və sosial ədalət
prinsipləri üzərində qurulub. Qazanılmış Zəfər,
Böyük Qayıdış, artan beynəlxalq nüfuz və
yüksələn rifah bu modelin real nəticələridir. Azərbaycan
bu gün qalib, suveren və gələcəyə inamla baxan
dövlətdir. Bu strateji kurs ölkəmizi
qarşıdakı illərdə də daha yüksək
inkişaf mərhələlərinə
daşıyacaqdır.
Həsən Bayramov
Pedaqogika üzrə elmlər doktoru, professor
525-ci qəzet .- 2025.- 23 dekabr (¹234).- S.7.