Nadir Yalçın “Lal ev”ini təqdim
etdi
Gənc yazar Nadir Yalçının “Lal ev”
kitabının təqdimatı keçirilib.
OLAY yazır ki, tədbir Nizami Kino Mərkəzində
baş tutub. Bildirilib ki, kitabda müxtəlif mövzulu 15 hekayə
yer alıb. Hekayələr toplusunun redaktoru Vüqar Van,
korrektoru Nihat Pir, qapaq dizaynının müəllifi isə Rəsul
Həsəndir.
“Arzu edirəm, kitab oxucusunu tapsın, oxunsun, əgər
haqqı çatırsa, reaksiyasını görsün.
Nəşr yaxın günlərdə kitab
mağazalarında satışda olacaq. Bundan əlavə, əldə
etmək istəyənlər, regionlarda yaşayanlar
özümə müraciət edə bilərlər”, - deyə,
Nadir təqdimatla bağlı paylaşımında bildirib.
525-ci qəzet .- 2025.- 23 dekabr (¹234).- S.13.