Şüvəlanda
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il bayramına həsr olunmuş konsert
keçirilib
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin tabeliyində olan Xəzər rayonunu
Şüvəlan qəsəbə Mədəniyyət Evində
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il bayramına həsr olunmuş tədbir
keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Səma”
rəqs ansamblının təqdimatında “Uşaqların Həmrəyliyi
– Dünyanın Ümididir” adlı konsert proqramı təşkil
olunub.
Konsertdə “Səma” rəqs ansamblının
ifasında Azərbaycanın, eləcə də müxtəlif
xalqların rəngarəng milli rəqsləri nümayiş
olunub.
Tədbirdə çıxış edən 14
saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə
millət vəkili, Milli Məclisin deputatı, Mədəniyyət
komitəsinin sədr müavini Günay Əfəndiyeva “Səma”
rəqs ansamblının yaradıcılıq fəaliyyətini
yüksək dəyərləndirib. Günay Əfəndiyeva
kollektivin bədii rəhbərliyini və üzvlərini
peşəkar ifaları münasibətilə təbrik edərək
bildirib: “Bu gün bu səhnədə uşaqlarımız hər
bir rəqs nömrəsini böyük sevgi ilə
nümayiş etdirdilər. Bu sevgi əslində öz mədəniyyətinə,
öz incəsənətinə, öz milli dəyərlərinə
olan sevgidir. Eyni zamanda, uşaqlarımızın həm də
digər xalqların mədəniyyətinə hörmət
ruhunda yetişməsinin, ümumbəşəri dəyərlərə
bağlılığının bir ifadəsidir”.
Deputat bu cür yaradıcılıq layihələrinin
davamlı olmasının gənc nəslin milli irsə sahib
çıxmasına, Azərbaycanın mədəni
inkişafına töhfə verdiyini vurğulayıb.
Günay Əfəndiyeva “Səma” rəqs ansamblına
yaradıcılıq uğurları arzulayıb və
kollektivin gələcək mədəni təşəbbüslərinə
dəstəyini ifadə edib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti
başçısının müavini Lalə Əhmədova,
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin
nümayəndələri S. Məmmədova, Ş. Cəbiyeva
çıxış edərək, belə mədəni tədbirlərin
gənc nəslin yaradıcılıq potensialının
üzə çıxarılmasında, milli-mənəvi dəyərlər
ruhunda formalaşmasında əhəmiyyətini
vurğulayıblar.
Tədbirin sonunda birgə xatirə şəkli çəkilib.
525-ci qəzet .- 2025.- 23 dekabr (¹234).- S.13.