Günay Əfəndiyeva:
Azərbaycan və Türkiyənin birgə təhsil təşəbbüsləri
ümumilikdə regionun yüksəlişində önəmli
rol oynayır
“Azərbaycan və Türkiyə hökumətlərinin
təhsil sahəsində əməkdaşlığına
dair Sazişə Əlavə Protokolun təsdiq edilməsi
haqqında qanun layihəsi iki ölkənin
qardaşlığının, yüksəksəviyyəli
strateji tərəfdaşlığının məntiqi
davamı olmaqla yanaşı, həm də ümumtürk
inteqrasiyasına növbəti bir dəyərli töhfəsidir.
Ötən əsrin sonunda Ulu Öndər, böyük Heydər
Əliyevin uzaqgörənliklə etdiyi "Bir millət, iki
dövlət" müdrik çağırışı dərin
bir fəlsəfəyə çevrildi və sonra XXI əsrdə
Prezidentin “Türk dünyası bizim ailəmizdir” ifadəsində
daha da geniş vüsət aldı və inkişaf yolumuzun əsas
istiqamətlərindən birini göstərdi.
Bu baxımdan Azərbaycan və Türkiyənin, eləcə
də ölkəmizin bütövlükdə Türk
dünyası ilə birgə təhsil təşəbbüsləri
ümumilikdə regionun yüksəlişində önəmli
rol oynayır.
Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət
komitəsinin sədr müavini Günay Əfəndiyeva
AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın Türk dünyası ilə
qardaşlıq və təhsil sahəsində əməkdaşlıq
əlaqələri bu gün Bakıda Azərbaycan–Türkiyə
Universitetinin, Füzuli şəhərində Özbəkistanın
Mirzə Uluqbəy adına məktəbinin, Qazaxıstanın
Kurmanqazı adına Yaradıcılığın
İnkişafı Mərkəzinin, Ağdamın
Xıdırlı kəndində Qırğızıstanın
“Ayköl Manas” məktəbinin, eləcə də Cəbrayıl
rayonunda Macarıstanın dəstəyi ilə inşa edilən
məktəbin fəaliyyəti ilə öz təsdiqini
tapır.
“Bu təhsil ocaqları xalqlarımız arasında mənəvi
və intellektual körpülərin qurulduğu, ortaq tarix,
dil, mədəni dəyərlərə əsaslanan birgə
baxış və həmrəylik mühitinin
formalaşdırıldığı strateji platformalardır.
Həmin təhsil müəssisələrində müasir
dillərimiz ilə yanaşı, qədim əlifbamız da
öyrənilsin. Bu, tarixi bağlarımızı daha da
möhkəmləndirərək bizi bir-birimizə daha da yaxınlaşdıracaq.
Növbəti ilə sayılı günlər
qalır və məlumunuzdur ki, Azərbaycan Prezidentinin Sərəncamına
əsasən 2026-cı ildə Birinci Türkoloji Qurultayın
100 illiyi ölkəmizdə geniş qeyd olunacaq.
Bir əsr öncə bu qurultayda iştirak edən
görkəmli ziyalılar, alimlər Türk
dünyasının bugünkü mənzərəsini — elm, təhsil,
mədəniyyətdə sıx əməkdaşlıq edən,
bir-birinə dayaq olan, ortaq gələcəyə inamla irəliləyən
birliyi arzulayırdılar. Bu gün həmin arzular Azərbaycanın
dövlət siyasətinin əsas prioritetləri
sırasında konkret addımlarla və uğurlu nəticələrlə
öz parlaq təcəssümünü tapır.
Müasir dövrdə Prezident bu tarixi missiyanı
böyük siyasi-diplomatik məharətlə həyata
keçirdi və ölkəmiz bu gün Türk
dünyasının mühüm aparıcı
sütunlarından biri kimi çıxış edir”,-deyə Günay
Əfəndiyeva diqqətə çatdırıb.
525-ci qəzet .- 2025.- 24 dekabr (¹235).- S.5.