“Toska" operası yenidən Opera və
Balet Teatrının səhnəsində
2026-cı il yanvarın 8- də Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı
C. Puççininin “Toska" operasının
tamaşası keçiriləcək.
Bu barədə XQ-yə Akademik Opera və Balet
Teatrından məlumat verilib.
Bildirilib ki, tamaşada Toska partiyasını Əməkdar
artist İlahə Əfəndiyeva, Kavaradossi partiyasını
ilk dəfə olaraq Əməkdar artist Ramil Qasımov, Skarpia
partiyasını isə Əməkdar artist Anton Ferştandt
ifa edəcəklər. Həmçinin Əməkdar artist
Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza
Xosrovzadə, İqor Yadrov, Ruslan Persan, Fatimə Məmmədova
tamaşada rol alıblar. Səhnə əsərini Opera və
Balet Teatrının baş dirijoru, Əməkdar artist,
dirijorların beynəlxalq müsabiqələrinin laureatı
Əyyub Quliyev idarə edəcək.
Qeyd edək ki, premyerası 1900-cü ildə Milanda
baş tutan bu tamaşa klassik opera sənətinin ən dəyərli
nümunələrindən biri olub dünyanın bir çox
qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.
Fransız dramaturqu Viktorian Sardin opera müğənnisinin faciəli
həyatı haqqında qələmə aldığı pyes
hələ 1899-cu ildə Puççini ilə bərabər
Verdi və Franketti kimi bəstəkarların da diqqətini cəlb
edib. Lakin sonda bu pyes əsasında opera yazmaq hüququnu
Puççini qazanıb. Beləliklə də L. İllika
və C. Cakozanın librettosu əsasında Puççini
“Toska“ operasını qələmə alır . Operanın
süjet xəttində Fransa imperatoru Napoleonun hakimiyyətinin
ilk dövründəki siyasi avantüralar və sevgi
intriqaları dayanır.
525-ci qəzet .- 2025.- 24 dekabr (¹235).- S.10.