Milli Kitabxanada kitabşünas alim Knyaz Aslanın 65 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

 

 

Milli Kitabxanada görkəmli kitabşünas alim-pedaqoq, şair - publisist Knyaz Aslanın anadan olmasının 65 illiyi münasibətilə “Şair - publisist, kitabşünas alim Knyaz Aslan - 65” adlı virtual və “Kitabşünas alim Knyaz Aslan - 65” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə yaradıcı şəxsiyyət, gözəl şair, istedadlı alim, peşəkar jurnalist Knyaz Aslanın Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə layiq görüldüyü mükafatlar, çîxşaxəli yaradıcılığı - monoqrafiyaları, dərslik və dərs vəsaitləri, dövri mətbuat səhifələrində çıxan çoxsaylı elmi-nəzəri məqalələri, şeirləri, ədəbi-publisistik yazıları, “Ön söz”ünün müəllifi, layihə rəhbəri, tərtibçi, rəyçi və redaktoru olduğu kitablar, təsisçisi və baş redaktoru olduğu “Kitabşünaslıq və redaktor sənəti” jurnalının nömrələri nümayiş olunur.

 

525-ci qəzet .- 2025.- 24 dekabr (¹235).- S.10.