Dahi Üzeyir
Hacıbəylinin 140 illik yubileyi münasibətilə
çap edilmiş yeni kitabların təqdimatı
keçirilib
Azərbaycan Bəstəkarlar İttifaqında dahi
Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik
yubileyi münasibətilə Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Memarlıq və İncəsənət
İnstitutunun “Musiqi tarixi və nəzəriyyəsi”
şöbəsinin yeni nəşrlərinin təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a Bəstəkarlar
İttifaqından məlumat verilib.
Bildirilib ki, tədbirdə yeni çap olunmuş
Zemfira Səfərovanın “Ïàòðèàðõ àçåðáàéäæàíñêîé ìóçûêè Óçåèðà
Ãàäæèáåéëè” (“Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli”)
və “Üzeyir Hajibeyli Life and Creative Career” ( “Üzeyir
Hacıbəyli. Həyatı və yaradıcılıq fəaliyyəti”),
Ülkər Talıbzadə “Akademik Zemfira Səfərova”, Lalə
Kazımova “Füzuli qəzəlləri Azərbaycan musiqisində”,
Sehranə Kasimi “Azərbaycan musiqisinin inkişafı: mədəni
tarixi kontekstdə təhlil” kitablarının təqdimatı
olub.
Qeyd edilib ki, bu kitabların hər birinin işıq
üzü görməsində Üzeyirşünas alim
AMEA-nın həqiqi üzvü, Əməkdar incəsənət
xadimi, Əməkdar elm xadimi, sənətşünaslıq
elmlər doktoru, professor Zemfira Səfərovanın böyük
rolu var. Məhz buna istinad edərək Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, AMEA-nın müxbir
üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Zemfira
Səfərovanın kitablarının Azərbaycan
musiqişünaslıq elminin inkişafı sahəsində
xüsusi xidmətlərini qeyd edib. Təqdim olunan
kitabların milli musiqişünaslıq elminə böyük
töhfə olduğunu vurğulayıb.
Təqdimatda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli,
AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,
professor Ərtegin Salamzadə çıxış edərək
yeni nəşirlərin məziyyətlərindən
danışıblar.
Sonra sənətşünaslıq üzrə elmlər
doktoru, professor Nailə Rəhimbəyli “Zemfira Səfərovanın
“Üzeyir Hajibeyli Life and Creative Career” kitabı haqqında”,
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə
“Akademik Zemfira Səfərovanın rəhbərliyi ilə
Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin
2025-ci il elmi nəticələri və 5 yeni nəşri”, sənətşünaslıq
üzrə elmlər doktoru, professor İradə Köçərli
“Ülkər Talıbzadənin “Akademik Zemfira Səfərova”
kitabı haqqında”, musiqişünas Raya Abbasova “Zemfira Səfərovanın
“Ïàòðèàðõ àçåðáàéäæàíñêîé ìóçûêè Óçåèðà Ãàäæèáåéëè” kitabı haqqında”
məruzələr dinlənilib.
Bədii hissədə bəstəkar Sevda Məmmədli
Üzeyir Hacıbəylinin “Arşın mal alan”
operettasının mövzuları əsasında
“Fantaziya”sını ifa edib.
Bu maraqlı ifadan sonra akademik Zemfira Səfərova
çıxış edərək Üzeyir musiqisindən təsirləndiyini
və daim bu musiqidən xüsusi ilham aldığını
belə ifadə edib: “20 il bundan öncə Bəstəkarlar
İttifaqında Üzeyir bəyə həsr olunan
kitabımın təqdimatı idi. O zaman Xalq artistləri
Xuraman Qasımova və Azər Zeynalov Üzeyir bəyin
“Arşın mal alan” operettasından “Elə bənd oldum”
duetini ifa etdikdən sonra mən də dedim ki, Üzeyir bəy
irsinə elə bənd olmuşam ki, 40 ildir onun cazibəsindən
çıxa bilmirəm. Bu gün həmin fikrin üstünə
20 il də əlavə edilib. Bəli, 60 ildir ki, Üzeyir bəy
musiqisinin cazibəsi məni özünə ram edib”.
Üzeyir bəylə bağlı öz tədqiqatlarından
danışan Zemfira xanım digər müəllifləri də
yeni kitabların işıq üzü görməsi
münasibətilə təbrik edib və tədbirin təşkilində
iştirakı olan və eləcə də təqdimat mərasimində
çıxış edən hər kəsə öz təşəkkürünü
bildirib.
Görkəmli Xalq yazıçısı Anar müəllim
də tədbirin təşkilində əməyi olan hər kəsə
minnətdarlığını bildirib.
525-ci qəzet .- 2025.- 24 dekabr (¹235).- S.10.