Respublika Uşaq
Kitabxanasının 60 illiyi qeyd olunub
F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının yaranmasının 60 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən kitabxananın direktoru, Əməkdar
mədəniyyət işçisi Şəhla Qəmbərova
kitabxananın təhsilə dəstək məqsədilə
daim uşaqlara bilik aşıladığını, oxuyan,
düşünən, araşdıran nəsillərin
yetişməsinə xidmət edən məktəbdənkənar
təhsil müəssisəsi olduğunu söyləyib. O,
Respublika Uşaq Kitabxanasının uşaqlığın,
saf düşüncənin, gələcəyin evi olduğunu
vurğulayıb.
Daha sonra direktor Mədəniyyət Nazirliyinin təbrik
məktubunu kitabxana kollektivinin diqqətinə
çatdırıb.
Tədbirdə həmçinin, Respublika Uşaq
Kitabxanasının həyata keçirdiyi müxtəlif layihələr
və mədəniyyət tədbirləri haqqında məlumat
verilib. Bu layihələr, tədbirlər, görüşlər
və kitab təqdimatları uşaqların təhsilini və
inkişafını dəstəkləyərək, onların
mədəniyyətə olan maraqlarını artırmaq məqsədi
daşıdığını diqqətə
çatdırılıb.
Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı tərəfindən 60 illik yubiley münasibətilə
uzun illər kitabxana işi sahəsində xidmətlərinə,
gənc nəslin estetik tərbiyəsindəki işində səmərəli
fəaliyyətinə, kollektivin ictimai həyatında fəal
iştirakına görə bir qrup əməkdaş fəxri
fərmanla təltif edilib.
525-ci qəzet .- 2025.- 25 dekabr (№236).- S.9.