Milli Kitabxanada “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı sərgi açılıb

 

 

Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illiyi münasibətilə virtual və eyniadlı ənənəvi kitab sərgisi açılıb.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, yazıçının əsərləri, “Ön söz” yazdığı və redaktor olduğu kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

 

 525-ci qəzet .- 2025.- 26 dekabr (¹237).- S.9.