Gənclər
Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi
anılıb
Respublika Gənclər Kitabxanasında 4 nömrəli
Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə
birlikdə “Sözün taleyə çevrildiyi ömür – Bəxtiyar
Vahabzadə” adlı tədbir keçirilib.
Bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər
Əliyevin və dövlətin müstəqilliyi, ərazi
bütövlüyü uğrunda canını fəda
etmiş qəhrəman Azərbaycan oğullarının xatirəsinin
bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Respublika Gənclər
Kitabxanasının direktoru Aslan Cəfərov Xalq şairi,
akademik Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında,
milli düşüncə tarixində və ictimai
şüurda tutduğu əvəzsiz roldan danışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd
olunması barədə 21 fevral 2025-ci il tarixində
imzalandığı Sərəncamına müvafiq olaraq
Respublika Gənclər Kitabxanasında həyata keçirilən
layihələrdən, hazırlanan materiallardan bəhs edib.
Firudin bəy Köçərli adına Respublika
Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət
işçisi Şəhla Qəmbərova, “Xatirə
Kitabı” redaksiyasının baş redaktoru, şairə Nəzakət
Məmmədova, professor, uşaq yazarı Solmaz Amanov Bəxtiyar
Vahabzadənin təkcə şair deyil, milli düşüncənin
carçısı, ana dilimizin, milli kimliyimizin və
azadlıq ideyalarının yorulmaz müdafiəçisi
olduğunu, onun poeziyasında Azərbaycan insanının
ruhunun, dərdinin, sevincinin, mübarizəsinin və gələcəyə
olan inamının əks olunduğunu bildiriblər.
Respublika Gənclər kitabxanasının əməkdaşlarının
hazırladığı “Xalq şairi Bəxtiyar Vahabzadə –
100” adlı elektron bazanın təqdimatı olub. Həmçinin
4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin
nəzdində fəaliyyət göstərən təsviri incəsənət
dərnəklərinin üzvlərinin çəkdikləri rəsmlərə
baxış keçirilib. Sərgidə 20-dən çox gənc,
həvəskar rəssamın rəsm əsərləri sərgilənib.
Tədbirin bədii hissəsində inkişaf mərkəzinin,
“Dan Ulduzu” rəqs ansablının ifasında rəqs və
şeirlərdən ibarət kompozisiyalar nümayiş olunub.
525-ci qəzet .- 2025.- 26 dekabr (¹237).- S.9.