Gənclər Kitabxanasında akademik
Nailə Vəlixanlının 85 illiyi münasibətilə
elektron məlumat bazası hazırlanıb
Bu gün tarix üzrə elmlər doktoru, Azərbaycan
Milli Tarix Muzeyinin direktoru, Əməkdar elm xadimi, akademik Nailə
Vəlixanlının 85 illik yubileyi tamam olur. Bu münasibətlə
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında Nailə Vəlixanlının zəngin həyat
yolu və elmi fəaliyyətindən bəhs edən elektron məlumat
bazası hazırlanaraq istifadəçilərə təqdim
edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat
bazasında Nailə xanımın həyat və fəaliyyətinin
əsas tarixləri, bir sıra görkəmli şəxslərinin
onun haqqında söylədikləri dəyərli fikirlər,
rəsmi sənədlərlə yanaşı,
“Açılmamış səhifələrin tədqiqatçısı”və
“Xoş məramlı alim” məqalələrinin tam mətni
yer alır.
Elektron bazada Nailə Vəlixanlının baş
redaktoru, baş və elmi məsləhətçisi, ixtisas
redaktoru, “Ön söz” müəllifi, mətn müəllifi
və tərtibatçısı olduğu nəşrlərin,
məqalələrin, eləcə də onun haqqında qələmə
alınan kitab və dövri mətbuat nümunələrinin
siyahıları təqdim edilir. Kitabxana əməkdaşları
tərəfindən hazırlanan bazada Nailə xanımın
müsahibə və tərcümələri də yer
alır.
Elektron bazada “Dissertasiya və avtoreferatlar”, “Virtual sərgi”,
“Foto və videoqalereya” bölmələri də istifadəçilərə
təqdim olunur.
Hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi
saytında yerləşdirilib.
525-ci qəzet .- 2025.- 26 dekabr (¹237).- S.9.