İsa Muğannanın
fikir dünyası:
"İdeal"dan doğan
ideyalar
Zaman qatarı nə
qədər sürətlə
getsə də, ötən dövrlər ərzində baş verən mühüm proseslər tarixin yaddaşında qalmaqdadır.
Xüsusən də ədəbi və ictimai hadisələr tarix səhifələrində
məxsusi yerə malikdir. Hələ neçə yüz illər bundan öncə Xaqani Şirvaninin, Nizami Gəncəvinin və digərlərinin yazdığı
əsərlər bu günün özündə
də oxunur, xatırlanır, araşdırmaya
cəlb edilir. Çünki bu əsərlər seçkinliyi
və faydalılığı
ilə tarix səhifələrində iz
qoyub.
XX əsr Azərbaycan
ədəbiyyatında da bu
kimi tarixi siqlətə malik olan yazıçılar və
onların keçdiyi
yaradıcılıq yolu
günümüzdə də
xatırlanmaqdadır. XX yüzilliyin
seçkin və mötəbər imzalarından
olan Xalq yazıçısı İsa Hüseynovun
(Muğannanın) yaradıcılığı
da böyük əhəmiyyət
kəsb edir. Ustad nasirin yaradıcılığı
bütövlükdə Azərbaycan
ədəbiyyatı üçün
mühüm mənbə
kimi dəyərləndirilir.
Lakin "İdeal" romanı yeni epoxanın və ya mərhələnin həm İsa Muğannanın
yaradıcılığında, həm də Azərbaycan ədəbiyyatında
başlanğıcı kimi
səciyyələndirilə bilər. İsa Hüseynov
"İdeal" romanını yazana qədər artıq tanınmış
bir yazıçı
idi. Onun imzası böyük maraqla izlənilirdi. Çünki o, əsərlərində
gerçək məqamları
bədii lövhələrlə
ifadə edirdi. Bu da oxucunun ruhuna yaxın olduğundan oxucu onun qələm
təcrübələrini böyük
həvəslə gözləyir,
hər bir yazdığı ədəbi
nümunədə sanki
öz yaşadıqlarını
görürdü. Elə
bu üzdən də yazıçı haqsız tənqidlərlə
bərabər, haqlı
təriflər də alırdı. Sözün
gerçək mənasında
İsa Hüseynov Azərbaycan
ədəbiyyatında önəmli
yer qazanıb. Nasirin "Saz", "Tütək səsi",
"Teleqram", "Kollu
Koxa", "Şəppəli",
"Doğma və
yad adamlar", "Yanar
ürək" kimi əsərləri onu oxucunun yaddaşında möhkəm saxlayır.
İsa Hüseynovun Azərbaycan
şairi Nəsimidən
bəhs edən "Məhşər" romanı
ustad sənətkarı
yaradıcılıq zirvəsinin
ən yüksək qatına ucaldıb. Bilindiyi kimi, İsa Muğannanın yaradıcılığına
münasibətin birmənalı
olmamasının başlıca
səbəbi onun sovet rejimi dövründə
olanlara pərdə tutmaması, əksinə,
yaşanan hadisələri
fərqli boyalarla bədiiləşdirməsi idi.
Ədib senzuranın qoyduğu çərçivələri
hər zaman aşmağa
çalışır, bu
baxımdan da özünün
və tanıdığı
insanların bioqrafik cizgilərini ərsəyə
gətirdiyi əsərlərdə
nümayiş etdirərək
istəyini reallaşdırırdı.
İsa Hüseynov 80-ci illərə
qədər yazdığı
əsərlərdə xəlqi
dəyərləri başlıca
amil olaraq önə çəksə də,
"Məhşər" romanından
etibarən onda milli və dünyəvi ideyaların paralelləşdiyini
görmək olur.
"Məhşər" romanı
yeni bir başlanğıca
zəmin yaratmış
oldu. Nasir "İdeal" romanını "Yanar ürək" və
"Eşq dəlisi"
adları ilə oxuculara təqdim etdi, lakin
"İdeal" əsərinin yazılması ilə yeni
bir yazıçı,
modern baxış bucağı,
ədəbiyyatda yeni bir
istiqamət meydana gəldi. Romanın yazılmasından təqribən
40 ilə yaxın bir vaxt keçir.
Ədib onu 1985-ci ildə çap etdirmiş, 1986-cı ildən
əsərin ictimailəşməsi
baş vermişdi.
"İdeal" romanının ərsəyə gəlməsi
ilə müəllif Muğanna imzasını qəbul etdi. Çoxsaylı tənqid və təqiblərdən
sonra yeni imza və yeni ədəbi düşüncə tərzi
ilə ədəbiyyat
arenasında görünmək
qələm sahibindən
son dərəcə güc,
böyük iradə və qətiyyət tələb edirdi. Amma bu yenilikçilik İsa Muğanna üçün
heç də yad deyildi. Çünki o əvvəlki əsərlərində
də yeni baxış
bucağı ilə çıxış etmişdi.
Nə qədər çoxsaylı tənqdilərə
məruz qalsa da, öz əqidəsindən
və mövqeyindən
dönməmişdi. "İdeal"la
başlanan bu yol "İdeal"la da sonlanmadı. İ.Muğannanın
"İdeal"dan sonrakı
dövr yaradıcılığı
otuz ilə yaxın bir zamanı əhatə etdi. Nasirin "İdeal"dan başlayaraq
irəli sürdüyü
SafAğ elmi və OdƏr dili konsepsiyası "Qəbristan", "Cəhənnəm",
"İsaHəq MusaHəq",
"GurÜn", "Türfə"
romanlarında "İlan
dərəsi", "Qırx
kisə qızıl",
"Söz yarası"
povestlərində yeni düşüncə
cizgiləri müntəzəm
şəkildə yayımlandı.
Sözün böyük
mənasında "İdeal" romanı sadəcə
İsa Muğanna üçün
bir yol olmadı.
"İdeal" bütövlükdə
Azərbaycan ədəbiyyatı
tarixində modern bir cığırın açılışı
oldu. Amma o izi, o cığırı hələ
ki, İsa Muğannadan savayı
gedən digər bir sənətkar yoxdur. "İdeal" romanı
ədibin yaradıcılığında
yeni istiqamət olmaqla
bərabər, həm
də yazıçıya
qarşı olan haqsız tənqidlərə
nöqtə qoyan bir əsər oldu.
Ədib "İdeal"ı
qələmə almaqla
yeni ideyaların yaranmasına
rəvac verdi. Əsər həm həcmcə, həm də məzmunca özündə geniş məna ifadə etməkdədir. "İdeal"a
qədər nasirin yaradıcılığı ədəbi
və dil aspektindən təhlilə
cəlb olunurdusa, romanının ərsəyə
gəlməsi ilə fəlsəfi və tarixi istiqamətlər də özünü göstərməyə başladı.
Bu da bir həqiqətdir
ki, "İdeal" və onun ardıcılları olan ədəbi nümunələrdə OdƏr
dilinin olması əsərlərə tədqiqatçıların
yanaşmasını bir
qədər dəyişdi.
Bu səbəbdən Muğannanın
yaradıcılığı elmi tədqiqatlardan kənarda qaldı. Amma burada da bir məqam
xüsusi vurğulanmalıdır
ki, nasirin yaradıcılığı
kütləvilikdən çıxıb.
İstər onun oxucusu, istərsə də tədqiqatçısı
"İdeal" və onun
davamında qələmə
alınan əsərləri
oxuyub dərk etmək üçün geniş dünyagörüşə
və intelektual səviyyəyə malik olmalıdır.
Nasir "İdeal"ı yazmaqla fərqli bir üslub ortaya qoydu. Yeni yazı üslubu və təfəkkürü
onun oxucusunu və tədqiqatçısını
azaltsa da, bununla bərabər, müəllifi
seçkin yazıçıya
çevirdi. Ədib əsərlərində əsasən
təbəqələşmənin mənfi hal olduğunu göstərirdi.
Amma bəlkə də
heç özü istəmədən belə
onun oxucuları arasında da təbəqələşmə
yarandı. Yazıçı
əsərlərinin təhlilinə
maraq göstərənlərə
yorulmadan OdƏr dili və SafAğ
elmi haqqında danışır, izahlar verməkdən usanmırdı.
Müəllif "İdeal"ı
yazmaqla yalnız OdƏr dili və SafAğ elmini təbliğ etmir, əsərdə başlıca ideyalardan biri insanın ölümsüzlüyü idi.
Bu mövzu həm Azərbaycan, həmdə dünya ədəbiyyatında
yeni bir ideyadır.
İsa Muğannaya görə
insan ölmür, bir planetdən digər planetə köç edirdi. Məlum olduğu kimi, romanın baş obrazları arasında Səməd və Sultan Əmirlilər
yer alıb. Səmədin atası Mədəd Əmirli Səməd uşaq ikən həlak olur. Mədəd Əmirlinin ölümünə
səbəb kimi qəza hadisəsi ilə yanaşı, qəsd işinin olması da göstərilib.
Müəllif əsərdə
yazır ki, Mədəd
Əmirli həlak olsa da, ölməyib, bir planetdən başqa bir planetə köç edib. Bu kimi halları
oxucu Sultanla Səmədin dialoqlarında
müşahidə edə
bilir. Sultan qardaşı
oğlundan atasını
görüb-görmədiyini soruşur. Səməd atasını gördüyünü
bildirsə də, onu gördükdə vahimələndiyini qeyd edir. Söhbətdən belə aydın olur ki Mədəd də Səmədi görürmüş. Müəllifin
bu kimi fikirləri
sonrakı əsərlərdə
də özünü
göstərməkdədir. "Qəbiristan" romanında
polis kapitanı Səmi
yaralanarkən atası
Səməd Əmirlini
görür. Yazıçı
bioqrafiyasında qeyd edib ki, 2005-ci ildə kliniki ölüm keçirərkən atası
Mustafa Hüseynovla görüşmüşdü.
"İdeal"da digər
bir mühüm məsələ o idi ki, müəllifə görə
biz təhrif olunmuş
dünyada yaşayırıq.
İnsanlar təhrif dünyadan uzaq olmaq üçün saflaşmalı, təmizlənməli
və elmlərə yiyələnməlidir. Romanın
qapalı dünya bəhsində ədib daha çox tarixi konteksdən çıxış edir.
Roman tarixi yük daşımaqla bərabər,
bəzi fəlsəfi
baxışları da özündə
cəmləşdirir. "İdeal"dan
başlanan ölümsüzlük
anlayışı "İlan
dərəsi" povestində
başqa bir xətt üzrə özünü göstərir:
əsərin əsas surətlərindən olan
Musa ağa və ya Süleyman peyğəmbər (ƏsƏlMən)
povestin sonunda işıq gəmisinə
minərək "Olam" adlanan başqa bir planetə köç edir. Bu kimi hadisələr ədəbiyyat üçün
yeni yanaşma olmaqla bərabər, həm də elmi ictimaiət
üçün heyratamiz
bir hadisə idi. Nasirin
"İdeal" və sonrakı
əsərləri özünün
qeyd etdiyinə görə ona Ün vasitəsi ilə göndərilirdi.
İsa Muğanna bioqrafiyasında
qeyd edir ki, Kinomatoqrafiya Komitəsinin çardağında oturub
işləyərkən ona
dəfələrlə Ün
göndərilib. Cəmiyyətdə
rezonans doğuran
"İdeal" göndərilən Ünün nəticəsi
olaraq oxuculara təqdim edilmişdi. Bu romandan sonra yazılan əsərlərdə
"İdeal"da baş
verən hadisələr
zaman-zaman fərqli rakurslardan
təqdim olunub. Bu baxımdan nasirin "İdeal"la başlanan dövr yaradıcılığını
Ün ədəbiyyatı
kimi də səciyyələndirmək olar.
İsa Muğanna ikinci
doğuluş fikrini söyləyərkən insanın
beyninin saflaşmasını
da bu yöndə nəzərdə tuturdu. Ədib "Cəhənnəm"
romanında yazır
ki, Bünyad bəyin beyni qəti şəkildə zəhərlənmişdi.
Bünyad zorakılıq,
şəhvət və
şərab düşkünü
idi. Hurilər Bünyadı göy planetinə aparırlar ki,
beynini saflaşdırmağa
cəhd göstərsinlər.
Bütün cəhdlərə
baxmayaraq, beyni hədsiz dərəcədə
zəhərlənən Bünyad
bəyin beynini saflaşdırmaq mümkün
olmur. Bu məsələyə
digər bir baxış bucağından
yanaşsaq, insanın
ikinci doğuluşu dedikdə hər kəs gördüyü işlərlə tarixin yaddaşında qalır
ki, bu da onun əbədi yaşamasına
səbəb olur. Sanki
insan ikinci dəfə doğulur və onun əməlləri
onu əbədi yaşadır.
Ustad sənətkarın
"İdeal"la başlanan
dövrdəki yaradıcılığının
məhsullarından biri
də "GurÜn"
romanıdır ki, bu əsər şərti olaraq üç kitaba bölməyə bölünür: elm, din və
dil. Bu əsər də
müəyyən mənada
tarixi yükə malikdir. Romanın əvvəlində böyük
Azərbaycan şairi Nizami Gəncəvi ilə Azərbaycan Eldənizlər dövlətinin
hökmdarı Məhəmməd
Cahan Pəhlivan qarşılaşdırılır və Nizami Gəncəvi Məhəmməd
Cahan Pəhlivana elm öyrənməyin vacib olduğunu bildirir. İsa Muğanna əsərdə
bu xətti xüsusi qeyd etməklə bütün
dünyanı elmin xilas edəcəyinə bir daha işarə
etmiş olur. Yazıçı romanın
dil adlanan bölməsində özünə
müraciət edərək
bildirir: "1985-ci ili
xatırla, Muğanna!
"İdeal" əsərini yazmaqla sən elmimizi bərpa etməyə ehtiyac duyurdun". Müəllifə
görə, cəmiyyət
elmə istinad etməklə təhrif dildən, yad sözlərdən
kənar durmalıdır.
Danışarkən sözləri
düzgün mənada
ifadə etməyi
İsa Muğanna vacib
şərt sayırdı.
Nasir əsərində göstərirdi
ki, Bərdə bir od,
Nüşabə içməli
su mənalarını
daşıyır. "İdeal" romanından doğan ideyalardan olan təhrifli dil anlayışı İsa Muğannanın
yalnız "GurÜn"
romanında deyil,
"İsə Həqq,
Musa Həqq" romanında
da müəyyən aspektlərdən
özünü göstərirdi.
Ədib romanda qeyd edirdi ki milli şüur, milli düşüncə
və milli dilin inkişafı bir xalqın uzun müddət əbədi yaşamasına zəmin yaradır. Yazıçının
qeyd etdiyi bu məqamları günümüzlə müqayisə
etsək, günümüzdə
də müəyyən
sözlərin deyilişində
yanlışlığın olduğunu görürük.
Buna misal olaraq filan sözünü falan, yanlış sözünü yalnış,
mümkün sözünü
münkün kimi ifadə etmək, böyüməkdə olan
nəsillərin yaddaşına
bu və ya digər sözləri
səhv tərzdə ötürmək deməkdir.
Məsələni bu rakursdan dəyərləndirsək,
doğrudan da, İsa Muğannanın
yazdığı kimi,
ana dilimizdən düzgün
istifadə mühüm
bir məsələdir.
Yazıçının "İdeal"da təcəssüm
etdirdiyi ideyalar yalnız onun əsərlərində deyil,
bu gün müəllif haqqında aparılan tədqiqatlarda
da müəyyən məqamlarda
yer alır və həmin ideyalara münasibət bildirilir.
Ümumən İsa Muğannanın
bədii irsi insanşünaslığa və
humanizmə böyük
töhfələr olaraq
ədəbiyyat tarixində
qalacaq.
Ülvi AYDIN
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet .-2025.- 26 dekabr(№237).-S.15.