Milli Kitabxanada
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününə həsr olunmuş sərgi istifadəçilərə
təqdim edilib
Milli Kitabxanada “31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü ” adlı virtual və ənənəvi
kitab sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə
“Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq
və milli həmrəylik məfkurəsi”, “Heydər
Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi”,
“Azərbaycançılıq - milli ideologiyamızın əsası,
Vətənpərvərlik məfkurəsi, Milli dövlətçilik
məfkurəsi”, “Azərbaycan diasporunun təşəkkülü
və fəaliyyəti tarixi”, “Mənəvi dəyərlərin
təbliği” və s. mövzularda Azərbaycan və müxtəlif
dillərdə ədəbiyyatlar, fotolar, dövri mətbuatda dərc
olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
linkdən istifadə edə bilərlər.
525-ci qəzet .- 2025.- 31 dekabr(¹240).-S.9.