Elçin İsgəndərzadə
İlin Alimi seçildi
Türkiyə Respublikasının Ankara şəhərində
fəaliyyət göstərən Türk Dunyası
Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasından həmin
Akademiyanın Azərbaycan təmçilçiliyinə verilən
məlumata görə, 2025-ci ildə Beynəlxalq elmi xülasələndirmə
bazalarının nəticələrinə görə Azərbaycan
Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru,
texnika elmləri doktoru, professor Elçin İsgəndərzadə
elmi məhsuldarlıq reytinqinə görə Türkdilli
ölkələrin alimləri içərisində İlin
Alimi seçilib.
Modern.az xəbər verir ki, Akademiyanın məlumatına
görə, bu il Elçin İsgəndərzadənin
müxtəlif ölkələrdə və dillərdə 8
monoqrafiyası çap olunub, 5 ixtira üçün patent
alıb, beynəlxalq nüfuzlu nəşrlərdə 43 məqaləsi
yayınlanıb. Bildirilir ki, həmin məqalələrdən
17-si ABŞ, Almaniya, İsveçrə, Çin, Rusiya və
digər ölkələrdə dərc olunan Springer, Scopus və
Web of Science bazalarında çap olunub. H indeksi göstəricisinə
görə də, görkəmli alimin nəticəsi bu il 11
vahid yüksəlib.
Eyni zamanda bu günlərdə Azərbaycan Milli
Aviasiya Akademiyasının rektoru, Azərbaycan Mühəndislik
Akademiyasının prezidenti, akademik Arif PAŞAYEVİN şəxsi
təşəbbüsü ilə Elçin İsgəndərzadə
Azərbaycan Mühəndislik Akademiyasının müxbir
üzvü seçilin, "İLİN
MÜHƏNDİSİ" Fəxri adı və medalı ilə
təltif edilib və dünyanın ən nüfuzlu elmi nəşrlərindən
biri olan "Azərbaycan Mühəndislik Akademiyasının
xəbərləri" Elmi-texniki jurnalının Redaksiya
Şurasına üzv qəbul olunub.
525-ci qəzet .- 2025.- 31 dekabr(№240).-S.9.