Əli Əmirlinin “Ölü
doğan şəhər”
romanı nəşr olunub
"On beş pyes", "Hasarın o
üzü", "Pərdəsiz"
adlı kitablarda toplanmış onlarla pyesin müəllifi
yazıçı-dramaturq Əli Əmirlinin oxuculara təqdim
etdiyi növbəti romanı - "Ölü doğan şəhər"də cərəyan edən hadisələrin
zamanı tarixdir. Bu, 1988-ci ildə
erməni təxribatı nəticəsində baş vermiş
Sumqayıt hadisələri haqqında ilk və həllik yeganə
əhatəli bədii əsər - romandır. Xatırladaq
ki, milli hərəkat da elə həmin vaxtlardan etibarən
vüsət almışdı.
"Ölü doğan şəhər"
kitabının təqdimat hissəsində görkəmli ədəbiyyatşünas-alim
Tehran Əlişanoğlu yazır: "...roman oxucunu faktura ilə
alır, həm də bu zaman müəllif çox müxtəlif
qism və xassəli materiyalara eyni səriştə ilə
"girişə", baş vura bilir, ən müxtəlif
qatlardan predmet, cisim və mənzərələri eyni
ustalıqla mətnə daxil və təsvir edir.
"Ölü doğan şəhər" - həmin
"Şəhər materiyası"nın bilavasitə
küçələrdən, meydanlardan, hündür borulu, göylərə
zəhər dağıdan zavod və onun içərisində
yalnız gərginlik istehsal edən sexlərdən; beşmərtəbələrin
əyri-düz əhatələdiyi məhəllə və
bu, ya digər mənzillərinə qonmuş ailələrdən
keçən; tramvay yolu və avtobus dayanacaqlarında, bu və
ya digər situasiya ətrafında dayanıb-duran,
sürüşüb gedən naturallığıdır.
"Şəhər elə bil adını eşidib qəfil
çıxdı boz üfüqdən, - bir dəfə
romanın əvvəlində daxil olan bu məqam: - ...Uzaqdan
görünən hündür, alçaq, qalın, nazik
borular, islam şəhərlərindəki uca minarələrə
oxşayırdılar..." - əsər boyu diqqətdə
qalır. Həmin "bozluq" insanların içlərində,
həyatından növbənöv mənzərələrdə,
dilin-nitqin qabartdığı qatbaqat danışıq
naturallığı, sırf məişət
görüntülərində izlərini qoyur. "Bu şəhərdə
hər kəsin öz ləhcəsi, danışıq şivəsi
vardı. Gənclik şəhəri deyilən bu təzə
şəhərin əhalisinin hamısı gəlmə
idi..." - yazıçı əsərdə hər surətin
öz "şəhər ədası" və
davranışını tapmağa çalışır.
Birbaşa "natura" romanın qurulmasında
başlıca ünsür kimi çıxış edir. Şəhərin
"havası"ndan çıxmış hər bir surət
həm də onun timsalı kimi canlanır..."
525-ci qəzet .- 2025- 13 fevral(№27).- S.10.