UNESCO-nun mənzil-qərargahında
Beynəlxalq Ana Dili Günü
Fevralın 21-də Parisdə, UNESCO-nun mənzil-qərargahında
Beynəlxalq Ana Dili Günü qeyd olunub.
Trend xəbər verir ki, Banqladeşin UNESCO yanında
Daimi Nümayəndəliyi və UNESCO-nun Təhsil Sektorunun
birgə təşkilatçılığı ilə tədbir-sərgi
keçirilib.
Sərgidə Azərbaycan Respublikasının UNESCO
yanında Daimi Nümayəndəliyi iştirak edərək
müxtəlif kitablar, Azərbaycan dili əlifbası,
açıqcalar, milli suvenirlər nümayiş etdirib.
Qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, dili
haqqında ətraflı məlumat verilib.
Sərgidə Azərbaycanla yanaşı, Paraqvay,
Hindistan, Ukrayna, Lüksemburq, Rusiya, Peru, Çili, Nikaraqua, Cənubi
Koreya və El Salvador iştirak edib.
Sərgi konsert proqramı ilə davam edib. Mədəni
hissədə Azərbaycan milli rəqsi “Naz eləmə” təqdim
olunub.
Sərgi 25 fevraladək davam edəcək.
Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili
Günü kimi qeyd olunur. 1999-cu ildə UNESCO Baş
Konfransı zamanı Banqladeşin təşəbbüsü
ilə fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan
edilib.
525-ci qəzet .- 2025.- 25 fevral(№35).- S.9.