Ankarada AMEA-nın 80
illiyi münasibətilə təntənəli tədbir
keçirilib
Türkiyənin Ankara şəhərində Azərbaycan
Milli Elmlər Akademiyasının 80 illiyi münasibəti ilə
təntənəli tədbir keçirilib.
525.az xəbər verir ki, tədbirdən əvvəl
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın
və Türkiyə Elmlər Akademiyasının, eləcə
də Azərbaycanın Ankaradakı səfirliyinin nümayəndələri
Ankarada Heydər Əliyev Parkını ziyarət ediblər.
Azərbaycan dövlətçiliyinin memarı, Ulu Öndər
Heydər Əliyevin abidəsi önünə gül dəstələri
düzüblər.
Ankara Universitetinin rektorluq binasında keçirilən
təntənəli açılış mərasimində
Türkiyə Elmlər Akademiyasının (TÜBA) təşəbbüsü
və Ankara Universitetinin dəstəyi ilə təşkil edilən
tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin
rəhbərlik etdiyi heyətlə yanaşı, müxtəlif
beynəlxalq və ölkə elmi qurum və təşkilatların,
ali təhsil ocaqlarının nümayəndələri,
diplomatlar, elm xadimləri iştirak ediblər.
Açılış mərasimində Ankara
Universitetinin rektoru professor Necdet Univar rəhbərlik etdiyi təhsil
qurumunda vaxtı ilə Ümummilli Lider Heydər Əliyevə
fəxri doktor adının verildiyini xatırladıb.
İki qardaş ölkə arasındakı əməkdaşlığın
elm və təhsil sahəsində də uğurla davam etdiyini
vurğulayan rektor, AMEA-nın rəhbərliyinə bu prosesə
verdiyi töhfəyə görə təşəkkürünü
bildirib.
“Elm və təhsil sahələrində əməkdaşlığımız
“Bir millət, iki dövlət” kəlamı prizmasından
uğurla davam edir. Liderlərimiz İlham Əliyev və Rəcəb
Tayyib Ərdoğının uğurlu siyasətləri yolumuza
işıq tutur. Ölkələrimizə daim bir və
yüksəkdə olmasını arzu edirəm”, - deyən
N.Univar, Azərbaycanla uğurlu əməkdaşlığın
bir nümunəsi kimi ikili diplom proqramını da göstərib
və 80 illiyi münasibətilə AMEA-nın rəhbərliyini
və kollektivini təbrik edib.
Sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli
“Azərbaycan Milli Elmlər Akademiyası: 80 il elmin keşiyində”
mövzusunda məruzə ilə şıxış edib. AMEA
rəhbəri çıxışında bildirib ki, Azərbaycan
Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən
mühüm elmi nailiyyətlərlə zəngin yol keçərək,
respublikamızın elmi-intellektual potensialını milli sərvətə
çevirən mərkəz kimi tanınıb və bu gün
müasir dövrün reallıqlarına, ölkə
başçısının
çağırışlarına uyğun olaraq
özünün çoxistiqamətli fəaliyyəti ilə
yeniləşmə və islahatlar mərhələsini
mühüm elmi nəticələrlə davam etdirir.
“Bugünkü tədbir Azərbaycan Prezidenti İlham
Əliyevnin “Azərbaycan Milli Elmlər Akademiyasının 80
illiyinin qeyd edilməsi haqqında” Sərəncamının
icrası kontekstində böyük əhəmiyyətə
malikdir. AMEA-nın tarixində ilk dəfədir ki,
Akademiyanın yubileyi ölkədən kənarda, qardaş
Türkiyədə qeyd olunur. Bu əhəmiyyətli addım
qardaşlığımızın və həmrəyliyimizin
möhkəmlənməsinə uğurla xidmət edir. Ulu
Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə
ifadə etdiyi “Bir millət, iki dövlət” ifadəsi Azərbaycan
və Türkiyənin birlikdə dünyaya nümayiş
etdirdiyi birlik nümunəsinin, Türk dünyası ölkələrinin
sarsılmaz birliyinin sübutudur”, - deyə akademik
vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminə
diqqət və qayğısından danışan akademik
İsa Həbibbəyli, “Azərbaycan elminin intibahı
dövrü məhz Ulu Öndərin adı və fəaliyyəti
ilə üzvi surətdə bağlıdır. Heydər
Əliyevin siyasəti həm də Azərbaycan-Türkiyə
qardaşlığına xidmət edib”, - deyə bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının ötən
müddət ərzində elm sahəsində dövlət
siyasətinin uğurla həyata keçirilməsində fəal
iştirak etdiyini söyləyən AMEA rəhbərihumanitar və
ictimai elmlər sahəsində aparılan tədqiqatlarla cəmiyyətin
yeni biliklərə yiyələnməsi və elmi-mədəni
səviyyəsinin yüksəldilməsi işinə də
töhfə verdiklərini ifadə edib.
AMEA-nın prezidenti vurğulayıb ki, Azərbaycan və
Türkiyə yalnız daxili siyasətdə və ikitərəfli
münasibətlərdə deyil, həmçinin beynəlxalq
arenada da birlik və həmrəylik nümayiş etdirir.
Akademik İsa Həbibbəyli tədbirin Türkiyənin
elm və ali təhsil qurumları ilə əməkdaşlığın
daha da möhkəmləndirilməsinə, yeni birgə layihələrin
formalaşmasına mühüm töhfə verəcəyinə
əminliyini ifadə edib.
Prezident İlham Əliyevin andiçmə mərasimində
səsləndirdiyi “Bizim başqa ailəmiz yoxdur, ailəmiz
Türk dünyasıdır” fikrinə istinad edən alim Azərbaycanın
zəngin ənənəyə malik türkologiya elminin və
Türk dünyası ilə əlaqələrin
inkişafında yeni mərhələyə qədəm
qoyduğunu bildirib.
Türkiyə Elmlər Akademiyasının prezidenti
professor Müzaffər Şəkər
çıxışında Türkiyə-Azərbaycanın
sarsılmaz birliyinə diqqət çəkərək son illərdə
TÜBA ilə AMEA arasında elmi əməkdaşlığın
daha da genişləndirildiyini bildirib. İki qardaş ölkənin
elmi qurumları arasında atılmış möhkəm təməllərin
əhəmiyyətini bildirən Müzəffər Şəkər
birgə fəaliyyətin mühüm elmi nəticələrə
gətirib çıxaracağına əminliyini fadə edib.
TÜRKSOY-un Baş katibi Sultan Raev, Türkiyənin Azərbaycandakı
keçmiş səfiri professor Cahit Bağcı və Azərbaycan Respublikasının
Ankaradakı səfirliyinin birinci katibi Aygün Qocayeva
çıxış edərək iki ölkə arasında
bütün sahələrdə olduğu kimi elm və təhsil
sahəsində də əməkdaşlığın əhəmiyyətindən
danışıblar. Bütün türk dünyasının
elmi qurum və təşkilatları arasında
qarşılıqlı əlaqələrin daha da genişləndirildiyini
vurğulayaraq AMEA-nın 80 illiyi münasibətilə təbriklərini
çatdırıblar.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin“TÜBA-nın
fəxri üzvü” seçildiyi elan olunub. Fəxri
üzvlük diplomunuakademik İsa Həbibbəyliyə
TÜBA-nın prezidenti, professor Müzəffər Şəkər
təqdim edib.
Təntənəli açılış mərasimindən
sonra “Azərbaycanın elm məbədi” sənədli filmi
nümayiş olunub. Sənədli film iştirakçılar
tərəfindən maraqla izlənilib.
525-ci qəzet .- 2025.- 2 iyul(¹112).-S.10.