“Bulvarda kino
axşamı” – milli filmlərə sevgi ilə
Mədəniyyət Nazirliyinin dəstəyi,
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı
Bulvar İdarəsinin birgə təşkilatçılığı
ilə “Bulvarda kino axşamı” adlı layihəyə start
verilir.
İlk nümayiş iyulun 19-na
planlaşdırılıb. Həmin gün bulvarda
açıq havada milli kinomuzun "qızıl fond"undan
nümunə – “Azərbaycanfilm”in istehsalı olan
“Görüş” filmi (1955) göstəriləcək.
Seans saat 20:00-da başlayacaq.
Layihənin məqsədi gənc nəslin vətənpərvərlik
və milli ruhda maarifləndirilməsi, Azərbaycan kinosunu
yalnız Bakı sakinlərinə deyil, şəhərimizdə
qonaq olan turistlərə də tanıtmaqdır.
Qeyd edək ki, filmlərin nümayişi ilə
yanaşı, “Azərbaycanfilm”in geyim və rekvizitləri,
çəkiliş və texniki avadanlıqları da sərgilənəcək.
Sərgini ziyarət edənlərin sevdikləri film qəhrəmanlarının
onlara tanış olan qiyafələrini və
aksesuarlarını, eləcə də çəkiliş
vaxtı istifadə edilən avadanlıqları görmək
imkanları olacaq.
525-ci qəzet .- 2025.- 15 iyul(¹121).-S.9.