Gənclər
Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən
materiallar hazırlanıb
Respublika Gənclər Kitabxanasında Tovuz
döyüşlərinə həsr edilən silsilə
materiallar hazırlanıb.
Bu barədə kitabxanadan məlumat verilib.
"Tovuz döyüşləri – Zəfərə gedən
yolun başlanğıcı" adlı virtual kitab sərgisində
bir sıra rəsmi sənədlərin, şəhid olmuş
igid Azərbaycan oğulları haqqında kitab və
dövrü mətbuat nümunələrinin tam mətni təqdim
edilib. Virtual sərgidə “Tovuz döyüşləri – iyul
şəhidləri”, “Vətən uğrunda”, “Polad
ömrü”, “Əfsanəvi general”, “Akula ləqəbli kəşfiyyatçı”,
“Möhtəşəm zəfərin nişanəsi” kimi 10-dan
çox kitab və mətbu nəşrlərdə yer alan məqalələr
yer alıb.
“Zəfər salnaməsinin şanlı səhifəsi
– Tovuz döyüşləri” adlı məlumat bülletenində
şanlı Qələbəyə gedən yolun
başlanğıcında duran, adını Azərbaycanın
Zəfər salnaməsinə qızıl hərflərlə
yazan Tovuz döyüşlərinin
iştirakçıları haqqında toplanmış ətraflı
məlumat, onların həyat və döyüş yolundan bəhs
edən kitab və məqalələrin siyahısı təqdim
edilib.
525-ci qəzet .- 2025.- 15 iyul(¹121).-S.9.