Yurdun izini silmək
planı
QƏRBİ AZƏRBAYCAN İRSİNƏ QARŞI
SƏSSİZ SOYQIRIM
Ortayaşlı nəsil yaxşı xatırlayır:
Birinci Qarabağ müharibəsinin qızğın
çağlarında bütün dünya, Rusiyada isə, az
qala, ütü də Qarabağ hadisələrindən
danışırdı. Heç kəsə sirr deyil ki, o zaman
efirdə səsləndirilən, yazılı mətbuatda dərc
olunan materialların mütləq əksəriyyəti ya
açıq-aşkar, ya da dolayısıyla ermənilərin
mövqeyini əks etdirirdi. Klassik narrativdən
çıxış etsək, deməliyik ki, bunun obyektiv və
subyektiv səbəbləri vardı. Məlum məsələdir
ki, tutalım, "xristian klubu" rolunda fəaliyyət
göstərən, təcavüzkarın tərəfini
saxlayan Avropa Birliyinin ümidinə qalsa, heç vaxt heç
nə dəyişilməyəcəkdi. Məsələnin
subyektiv tərəfinə gəlincə, hadisələrin belə
şəkil almasını şərtləndirən əsas
amillərdən biri də, şübhəsiz, erməni təbliğatıydı.
Dövlət səviyyəsində aparılan bu təbliğatın
əsas qayəsi erməniləri zəngin irsi olan mədəni
və tarixi bir millət, qonşuları isə bunlara göz
verib, işıq verməyən barbarlar kimi auditoriyaya təqdim
etmək idi. Son illərdə yaşanan bütün dramatik
hadisələrə baxmayaraq, bu sahədə hər şey
olduğu kimi qalır. Bu azmış kimi, sakitləşmək
bilməyən erməni tərəfinin cəhdləri
internetin, sosial şəbəkələrin, Facebook, Twitter,
YouTube kimi platformaların inkişafı ilə daha da intensivləşib,
daha eybəcər şəkil alıb.
Təsadüfi deyil ki, aprel
ADA Universitetində "Yeni dünya nizamına
doğru" mövzusunda keçirilən beynəlxalq forumda
dövlət başçısı İlham Əliyev məhz
bu məqama diqqət çəkir: "Qarabağın yenidən
geri alınmasını xəyal etməyən bir erməni
siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu,
reallıqdır. Biz bu reallığı müxtəlif
informasiya mənbələrindən bilirik və biz bununla
yaşamalıyıq. Odur ki, ola bilsin, bunlar bizim müharibədən,
postmüharibə vəziyyətindən
çıxardığımız nəticələrdir".
Bu reallıq bizə nəyi diktə edir?
Ömür boyu obyektiv faktları təhrif edən,
insanların qorxu, ümid, qəzəb və ya vətənpərvərlik
kimi hisslərindən istifadə edərək, onları öz
tərəfinə çəkməyə çalışan,
qarşısını boş görüb, auditoriyanın
emosiyaları və qavrama məntiqini manipulyasiya obyektinə
çevirən ermənilər ən çox "əzabkeş,
mədəni və tarixi xalq imici"ninin yerlə-yeksan
olmağından qorxur. Ona görə ki, bu məsələni
onlar fundamental bir sistemi kimi görür, propaqandanın
bütün sonrakı strukturunu bunun üzərində
qururlar.
Bizə yaxşı məlumdur ki, öz xarakteri və
mahiyyəti etibarilə erməni propaqandası Bibiliyadakı
ayaqları gildən olan bütü xatırladır: "Bu, nəhəng
bir büt idi, qarşında çox ehtişamlı və
qorxunc görünürdü. Bütün başı
qızıldan, sinəsi və qolları gümüşdən,
qarnı və ombası misdən, dizləri dəmirdən,
ayaqları isə gildən idi. Günlərin bir günü
dağdan bir daş qopdu, bütün dəmir və gil
ayaqlarına çırpıldı... Onda hər şey
parça-tikə oldu: dəmir, gil, mis, gümüş və
qızıl yay xırmanındakı toza çevrildi, külək
götürüb apardı, izi də qalmadı".
Yuxarıda dediyimiz kimi, bu bizə məlum həqiqətdir,
çünki Azərbaycan insanı sözügedən təbliğatın
heç bir əsaslı dəlilə, sübuta söykənmədiyini
yaxşı bilir. Lakin beynəlxalq platformalarda şovinist,
revanşist ermənipərəst qüvvələrin düzəltdiyi
təbliğat bütünü xırman tozuna çevirib, əməyini
puç edə biləcək həmin qaya parçasına
ehtiyac var.
Hörmətli müəlliflər Əziz Ələkbərli
və Səbuhi Hüseynovun "Ermənistanda azərbaycanlılara
məxsus qəbiristanlıqların sistemli qaydada
dağıdılmasının nəticələri və beynəlxalq
hüquqi məsuliyyətə dair" hesabat və materiallar
kitabı məhz bu qəbildən olan möhtəşəm tədqiqat
əsəridir.
Azərbaycanda ilk dəfə Ermənistan tərəfindən
azərbaycanlıların qəbiristanlıqlarının
sistemli şəkildə dağıdılması siyasəti və
onun nəticələri tədqiqat obyektinə
çevrilmişdir. Bu tədqiqat azərbaycanlıların
tarixi-etnik torpaqları olan Qərbi Azərbaycandakı qəbiristanlıqlara
qarşı Ermənistan dövləti tərəfindən məqsədyönlü
şəkildə həyata keçirilən vandalizm siyasətinin
sənədləşdirilməsinə həsr edilmişdir. Tədqiqatın
ideya müəllifi və layihə rəhbəri professor
Ədalət Vəliyev kitaba yazdığı ön sözdə
qeyd edir: "Ermənistan dövləti Qərbi azərbaycanlılara
qarşı etnik təmizləmə - soyqırımı və
deportasiya siyasəti ilə kifayətlənməmiş,
ümumiyyətlə bu torpaqlardan azərbaycanlıların
tarixi köklərini qoparmağa, onlara məxsus maddi-mədəni
irsi məhv etməyə çalışmışdır.
Ermənistan dövlətinin bu cinayətkar fəaliyyətinin
tarixi dinamikasının müəyyən edilməsi, əldə
edilən təkzibedilməz faktlar əsasında onun beynəlxalq
hüquqa uyğun olaraq məsuliyyətə cəlb edilməsinin
təşkili Qayıdış Konsepsiyasının
qarşısında duran mühüm vəzifələr kimi təsbit
edilmişdir. İndiyədək Ermənistanda mövcud
olmuş hakimiyyətlərin həmin ərazilərdəki azərbaycanlılara
məxsus toponimlərə, tarix və mədəniyyət abidələrinə
qarşı apardığı soyqırımı siyasəti
ilə bağlı geniş tədqiqatlar aparılmış,
təkzibedilməz fakt və sənədlərdən ibarət
zəngin resurslar formalaşdırılmışdır. Ermənistanın
öz ərazisindəki tarixi azərbaycanlı
varlığına qarşı siyasi fəaliyyəti deportasiya
və soyqırımı cinayətləri ilə məhdudlaşmamışdır.
Bu fəaliyyətin əsas istiqamətləridən biri maddi-mədəni
irsin ən mühüm tərkib hissəsi olan azərbaycanlılara
məxsus qəbiristanlıqların məhvinə yönəlmişdir.
1991-ci ilə qədər Qərbi Azərbaycan - indiki Ermənistan
ərazisində 700-dən çox azərbaycanlı qəbiristanlığı
mövcud olmuşdur. Bunu yüzlərlə xəritə, sənədlər,
foto-video təsvirlər, şahid ifadələri və
müasir peyk görüntüləri təsdiqləyir".
Hesabat indiki Ermənistan Respublikası ərazisində
vaxtilə azərbaycanlıların dəfn olunduğu qəbiristanlıqların
müasir peyklər vasitəsilə tədqiqi, tarixi-müqayisəli
təhlili və monitorinqini özündə əks etdirir. Tədqiqatın
aparılması üçün bir sıra ölkələrin
kitabxanalarında saxlanılan XIX-XX əsrlərə aid hərbi
topoqrafik xəritələrdən, 1960-1980-ci illərə aid,
üzərindən məxfilik qrifi
götürülmüş ABŞ kəşfiyyat peyklərinin
təsvirlərindən, müasir yüksək ayırdetməli
peyk təsvirlərindən, foto və video materiallardan istifadə
edilmiş və müasir metodoloji təhlillərlə ərazidə
mövcud olan qəbiristanlıqlardan 200-nün monitorinqi həyata
keçirilmişdir.
Müasir ciddi elmi əsaslara aparılmış,
çılpaq faktlara söykənən 800 səhifəlik təqiqat
əsəri erməni xislətinin, riyakarlığının
bütün eybəcərliklərini dəlil-sübutlarla bir
daha gün üzünə çıxarır.
Demək lazımdırmı ki, qəbiristanlıqlar mədəni
və tarixi irsin əhəmiyyətli parçası kimi, cəmiyyətlərin
tarixi, sosial strukturu, tapındığı dəyərlər,
dini görüşləri, adət-ənənələrinin
təqiqi və dərki üçün son dərəcə
vacib, sakral məkanlardır. Bu məkanlar yalnızca dəfn
yerləri deyil, eyni zamanda keçmiş haqqında,
memarlıq üslubları, inanclar və sosial praktikalar barədə
çeşidli bilgilər ehtiva edən mühüm mədəni
irs obyektləridir. Qəbiristanlıqların məqsədli
şəkildə dağıdılması beynəlxalq
hüquqda, xüsusilə silahlı münaqişə və
ya soyqırımı kontekstində baş verdikdə, insan
hüquqlarının və beynəlxalq normaların ciddi
şəkildə pozulması kimi qiymətləndirilir, belə
hərəkətlər hərbi cinayət, humanitar hüququn
pozulması və mədəni soyqırımı aktı kimi
tanınır və ümid edirik ki, hazırda Ermənistan
adlandırılan Qərbi Azərbaycanda tarixi-mədəni
irsimizin, dini və memarlıq abidələrimizin
dağıdılması, yer üzündə silinməsi kimi
məqsədyönlü fəaliyyətə, genosid aktına
beynəlxalq müstəvidə gec-tez hüquqi qiymət veriləcəkdir.
Sözügedən kitab "mədəni, əzabkeş"
erməni vandallarının hansı
dünyagörüşünə, "əxlaqa və mənəviyyata"
söykəndiyini göstərən əvəzsiz məxəzdir.
Bir daha aydın olur ki, işğal dönəmində
Qarabağda şəhər və kəndlərin yerlə-yeksan
edilməsi, sakral məkanların, memarlıq abidələrinin
vəhşicəsinə dağıdılması təkcə
acgözlükdən, görməmişlikdən,
başqasının mal-mülkünə tamah salıb
yağmalamaq istəyindən irəli gəlmir, bu uzun tarixi
keçmişə dayanan, ermənilərin başbilənləri
tərəfindən hər zaman dəstəklənən məqsədyönlü
fəaliyyətin tərkib hissəsidir.
Kitabda toplanmış, daha doğrusu, böyük zəhmət
hesabına əldə edilmiş qandonduran faktlara laqeyd qalmaq
mümkün deyil. Yuxarıda qeyd etdiyimiz kimi, hələlik
Ermənistan Respublikası ərazisində Azərbaycan mədəni
irsinin tərkib hissəsi olan 201 azərbaycanlı qəbiristanlığının
peyk vasitəsi ilə həm tədqiqi, həm də monitorinqi
həyata keçirilmişdir. Məlum olur ki, qəbiristanlıqların
böyük əksəriyyəti ya tamamilə məhv edilib,
ya da ağır formada dağıntılara, vandalizmə və
yağmalanmaya məruz qalmışdır. Qabiristanlıqlar məhv
edildikdən sonra onların torpaqlarını əkin-biçin
yerlərinə çevirmiş, digər məqsədlərlə
istifadə etməyə başlamış, hətta yerlərində
erməni qəbiristanlıqları salmışlar. Qəbiristanlıqların
bir çoxunun foto və video təsvirlərinin təhlili
göstərir ki, mərmər və digər növ qiymətli
daşdan olan baş və sinə daşları toplanaraq yenidən
istifadə üçün gəlir mənbəyinə
çevrilmişdir. Qəbiristanlıqlarda qalan digər ucuz
hesab edilən daşlar isə vandalizmə məruz qalaraq,
parçalanmış, üzərindəki yazıları və
rəsmləri qaşınmış, zaman keçdikcə
xaraba daş yığınları kimi müxtəlif hissələrə
toplanmışdır. Bütün bunlar xüsusi təşkilatlanmış
qruplar tərəfindən, dövlət qurumlarının
gözü qarşısında, hətta onların dəstəyi
ilə həyata keçirilmişdir...
Yuxarıda bu tədqiqat əsərinin əhəmiyyətini
qeyd etdik: istər tarixi ədalətin bərpası, istərsə
də beynəlxalq platformalarda ermənilərin iç
üzünün açılması və özləri
haqqında uydurduğu miflərə adekvat qiymət verilməsi
baxımından.
Maraqlıdır ki, "QƏRBİ AZƏRBAYCAN
İRSİ" tədqiqatlar seriyasının əsasən 5
hesabatdan ibarət olması nəzərdə tutulmuşdur. I,
II, III hesabatlarda Qərbi Azərbaycanda Ermənistan dövləti
tərəfindən məqsədli şəkildə
dağıdılan azərbaycanlı qəbiristanlıqları,
IV hesabatda Qərbi Azərbaycanda məhv edilən məscidlər,
V hesabatda isə Qərbi Azərbaycanda dağıdılan və
məhv edilən pirlər və türbələr haqqında
məlumatlar öz əksini tapacaqdır. Məlumdur ki, XX
yüzilliyin əvvəllərində İrəvan
quberniyası torpaqlarında 310 məscid, tarixi memarlıq abidəsi
mövcud olub. Sonradan bütün bu məbədlər, o
cümlədən möhtəşəm Xan Sarayı və Sərdar
məscidinin yer üzündən silinməsinə görə
cavab verilməli, məsuliyyət müəyyənləşməlidir.
Bu, xalqlarımızın bundan sonra dinc qonşuluq şəraitində
yaşaya bilməsi üçün də vacibdir.
Müəlliflərə bütünlüklə layihənin
uğurla başa çatdırmağı arzulayırıq,
inanırıq ki, lazımi səviyyədə tərcümə
edilib, beynəlxalq auditoriyaya təqdim ediləcəyi təqdirdə,
bu tədqiqat əsərləri kifayət qədər
anlamlı rezonans doğuracaqdır.
Etimad BAŞKEÇİD
Anar OSMANLI
525-ci qəzet .- 2025.- 19 iyul(№125).- S.19.