III Şuşa Qlobal
Media Forumu - Dünyanın diqqətini Qarabağa yönəldən
mötəbər tədbir
44 günlük Vətən müharibəsindən
sonra Azərbaycanın beynəlxalq münasibətlər
sistemində çəkisi əhəmiyyətli dərəcədə
artdı. Bu qələbə təkcə ərazi
bütövlüyünün bərpası ilə
yekunlaşmadı, həm də beynəlxalq hüququn tətbiqinə
dair praktik presedent yaratdı. Azərbaycanın siyasi iradəsi
artıq təkcə regionda deyil, qlobal miqyasda da qəbul olunan
fakta çevrildi.
III Şuşa Qlobal Media Forumunun
iştirakçıları ilə görüşün ilk dəfə
Xankəndi şəhərində keçirilməsi həm
siyasi, həm mənəvi, həm də strateji baxımdan
tarixi əhəmiyyət daşıyır. Azərbaycan
artıq öz haqlı mövqeyini yalnız beynəlxalq təşkilatlarda
deyil, elə tarixi torpaqlarımızda, azad edilmiş şəhər
və kəndlərimizdə dünya ictimaiyyətinə
çatdırır:
Prezident cənab İlham Əliyevin Forumda səsləndirdiyi
hər fikir, verdiyi hər cavab təkcə diplomatik ritorika
deyildi, xalqın iradəsi, dövlətin hüquqi mövqeyi
və ədalətin səsi idi. Azərbaycan lideri öz
çıxışında beynəlxalq media nümayəndələrinə
açıq və şəffaf mesajlar verdi, regionda
sülhün və əməkdaşlığın real
ünvanının məhz Azərbaycan olduğunu
vurğuladı.
Prezident İlham Əliyevin Forumdakı
çıxışı Azərbaycanın diplomatik fəlsəfəsini
və xarici siyasət istiqamətlərini aydın şəkildə
nümayiş etdirdi. Dövlət başçısı daxili
sabitlik, çevik təhlükəsizlik yanaşması və
strateji planlama əsasında formalaşan bir inkişaf modelindən
bəhs etdi. Onun fikrincə, Azərbaycanın coğrafi
mövqeyi risklərin erkən mərhələdə
proqnozlaşdırılması və
neytrallaşdırılmasında mühüm amildir.
Azərbaycanın həm Avropa, həm də İslam
dünyası ilə paralel əlaqələr saxlaması onu
unikallıq baxımından geosiyasi körpü statusuna
yüksəldir. Beynəlxalq jurnalistlərin Xankəndidə,
daha öncə isə Şuşada keçirilən tədbirlərdə
iştirakı, azad edilmiş ərazilərdə görülən
bərpa və yenidənqurma işlərini yerində izləməsi,
Azərbaycanın şəffaf siyasət
yürütdüyünün bariz göstəricisidir: “Ölkəmizdə
media üçün açıq mühitin
yaradılması, xarici jurnalistlərin işğaldan azad edilən
torpaqlara səfərlərinin təşkili Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında mühüm əhəmiyyət
kəsb edir. III Şuşa Qlobal Media Forumu eyni zamanda, Ermənistanın
illər boyunca dünya ictimaiyyətinə təqdim etdiyi təhrif
olunmuş informasiyalara qarşı effektiv informasiya
platforması rolunu oynadı. Qonaqların gördüyü
reallıq – dağıntılarla yanaşı, sürətli
yenidənqurma və həyatın geri dönüşü Azərbaycanın
sülhə və inkişafa yönəlmiş siyasətini əyani
şəkildə nümayiş etdirdi”.
Prezident cənab İlham Əliyev Forumdakı
çıxışında Ermənistanla sülh prosesinə
dair mövqeyini də bir daha diqqətə
çatdırdı: Dövlətimizin başçısı
növbəti dəfə açıq şəkildə bəyan
etdi ki, sülh sazişinin imzalanması üçün Ermənistan
Konstitusiyasında dəyişiklik edilməli və Azərbaycana
qarşı ərazi iddialarına son verilməlidir. Eyni
zamanda, artıq funksiyasını itirmiş ATƏT-in Minsk
qrupunun da ləğvi zəruridir. Dövlətimizin
başçısı bildirib ki, sülh sazişinin əsas mətni
artıq razılaşdırılıb və bu sənədin
paraflanma mərhələsi də Azərbaycan tərəfindən
təklif olunub. Bu isə onu göstərir ki, Azərbaycan tərəfi
regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın
bərqərar olması üçün səmimi şəkildə
sülhə çalışır. Ermənistan da əgər
doğrudan da sülh istəyirsə, bunu yalnız bəyanatlarda
deyil, əməli addımlarda göstərməlidir.
Azərbaycan lideri İlham Əliyevin III Şuşa
Qlobal Media Forumu çərçivəsində keçirilən
görüşdə region üçün əhəmiyyət
kəsb edən bir sıra strateji məsələlərə
toxunaraq Zəngəzur dəhlizi ilə bağlı proseslərin
ləngiməsi və Ermənistan tərəfindən bu
istiqamətdə heç bir addım atılmaması ilə
bağlı narahatlığını da ifadə edib: “Zəngəzur
dəhlizi Cənubi Qafqazda regional sabitliyin,
qarşılıqlı inteqrasiyanın və nəqliyyat təhlükəsizliyinin
açar elementlərindən biridir. Əgər bu layihə həyata
keçərsə, region üçün həm iqtisadi, həm
siyasi baxımdan dönüş nöqtəsi ola bilər.
Lakin Ermənistanın bu prosesi davamlı şəkildə ləngitməsi
onun üçün ciddi nəticələrə gətirib
çıxara bilər. Təəssüflər olsun ki, Ermənistan
tərəfi son beş ildə Zəngəzur dəhlizi ilə
bağlı heç bir praktiki addım atmayıb. Belə olan
halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə
çevrilmək şansı sıfra yaxınlaşır. Yəni
regional ticarət yollarından, yük daşımalarından,
enerji və nəqliyyat şəbəkələrindən kənarda
qalacaq”.
Bildiyiniz kimi, Azərbaycan öz ərazisindən
keçən hissədə bütün əsas infrastruktur
işlərini yüksək sürətlə həyata
keçirib. Dəhlizin Azərbaycan hissəsinin tikintisi faktiki
olaraq yekunlaşmaq üzrədir. Bu, ölkəmizin zəmanətli
strateji iradəsinin və planlı inkişaf modelinin göstəricisidir.
Eyni zamanda, Azərbaycan tərəfi Zəngəzur dəhlizini
yalnız iqtisadi layihə kimi deyil, bölgədə sabitliyin
və qarşılıqlı etimadın təməli kimi
görür. Prezident cənab İlham Əliyevin Zəngəzur
dəhlizi ilə bağlı fikirləri bu baxımdan təkcə
xəbərdarlıq deyil, həm də sülhə, əməkdaşlığa
və sağlam gələcəyə açıq dəvətdir.
Nəticə etibarilə, III Şuşa Qlobal Media
Forumu Azərbaycanın beynəlxalq sistemdə təkcə
iştirakçı deyil, təşəbbüskar və
formalaşdırıcı aktor statusunu nümayiş etdirdi.
Bu Forum yalnız medianın gələcəyi ilə
bağlı qlobal müzakirə platforması deyil, həm də
Azərbaycanın artan yumşaq gücünün ifadəsidir.
Ən önəmlisi isə odur ki, Azərbaycan bu
gün təkcə regional deyil, qitələrarası fikir
mübadiləsinin, enerji təhlükəsizliyinin və
sülh təşəbbüslərinin yeni mərkəzinə
çevrilir. Bu Forum isə həmin transformasiyanın, sadəcə
başlanğıcı deyil, artıq gerçəkləşən
strategiyanın qlobal təqdimatıdır. III Şuşa
Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan artıq
yalnız regional deyil, qlobal məsələlərin müzakirəsində
və həllində fəal iştirakçıdır.
Almaz Həsrət
Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə
doktoru
525-ci qəzet .- 2025.- 23 iyul(¹127).- S.10.