"Ağdamdakı misilsiz quruculuq Böyük Qayıdışın
nəhəng miqyasını
daha aydın göstərir"
Azərbaycan Prezidenti cənab
İlham Əliyev iyulun
18-də Ağdam rayonunun
Qiyaslı kəndindəki
tarixi məscidin binasının bərpadan
sonra açılışında
iştirak etdi. Beləliklə, tariximizin torpaqlarımız işğaldan
azad edildikdən sonra yazılan parlaq səhifələri sırasına daha biri əlavə olundu.
Xatırladaq ki, Qiyaslı məscidi
də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən
idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri
tərəfindən işğalı
zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə
dağıdılıb. Ağdam
rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb.
Məscidin bərpası
işləri Heydər
Əliyev Fondu tərəfindən
aparılıb. Bərpa
layihəsi hazırlanarkən
məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən
istifadə olunub. İnteryerində mühafizə
olunmuş burma pilləkən məscidin cənub tərəfində
qoşa minarələrin
mövcud olduğunu göstərirdi. Bu səbəbdən
ənənəyə əsaslanaraq
məscidin cənub divarında minarələr
inşa edilib. Əyilmiş daş sütunlar xüsusi qurğular vasitəsilə
bərpa olunub, daş tağlar və günbəzlər yenidən qurulub. Divarlarda ilkin görkəmini itirmiş və əsasən tökülmüş suvaq
təmir olunub, yararsız hala düşmüş mehrab
bərpa edilib. Fasad daşları xüsusi kimyəvi maddələrlə yuyulub,
köhnə daşlar
arasındakı tikişlər
təmizlənib. Məscidin
ətrafında köməkçi
tikililər inşa olunub. Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət
abidələri siyahısındadır.
Prezident
İlham Əliyev həmçinin
"Tabaterra" MMC-nin
Ağdam Sənaye Parkındakı tütün
məmulatlarının istehsalı
müəssisəsinin açılışında
iştirak edib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli
Fərmanına əsasən,
İqtisadi Zonaların
İnkişafı Agentliyinin
idarəçiliyində Ağdam
rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın yaradılmasından məqsəd
işğaldan azad edilmiş ərazilərin
dirçəldilməsi, Qarabağın
sənaye potensialının
inkişafı, sahibkarlığın
dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun
artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri
tikinti materiallarının
istehsalı, kənd təsərrüfatı məhsullarının
qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin,
ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.
Ağdam
Sənaye Parkında sahibkarlıq fəaliyyətinin
inkişafı üçün
dövlət tərəfindən
əlverişli investisiya
mühiti yaradılıb.
Bunun nəticəsidir ki, Ağdam
Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə
mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye
parkıdır. Parkda ümumi investisiyalarının
həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən
Sənaye Parkına
121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq
daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu
Ağdam və ətraf rayonların sakinləridir. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə
verilib. "Tabaterra"
MMC-nin tütün məmulatlarının istehsalı
müəssisəsinin açılması
ilə Parkda fəaliyyət göstərən
müəssisələrin sayı
10-a çatıb.
Qeyd edək ki, hazırda ölkədə 9 sənaye
parkı var. Bunlar Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Naxçıvan, Hacıqabul,
Mingəçevir, Balaxanı,
Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz
Vadisi İqtisadi Zonası" sənaye parklarıdır. Bununla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi
yaradılıb.
Ağdam
Sənaye Parkında
5,5 hektar ərazidə
"Tabaterra" MMC-nin
tütün məmulatlarının
istehsalı müəssisəsi
yaradılıb. Layihəyə
58 milyon manat investisiya yatırılıb.
"Tabaterra" MMC öz
məhsulları ilə
yanaşı, "British American
Tobacco", "Japan Tobacco International" və
"Imperial Brands" şirkətlərinə
məxsus beynəlxalq
brendləri lisenziya əsasında istehsal edir. MMC-də 20-dən çox brend üzrə 120-dən artıq
çeşiddə tütün
məmulatı istehsal
olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın
qabaqcıl texnologiyalarının
tətbiq edildiyi müəssisədə 9 istehsal
xətti mövcuddur. İstehsal olunan məhsullar Birləşmiş
Ərəb Əmirliklərinə,
Gürcüstana, Özbəkistana
və İraqa ixrac edilir. Hazırda
"Tabaterra" MMC həm
yerli, həm də "British American Tobacco" və "Japan Tobacco International" şirkətlərinə məxsus
xarici brendlərin ixracını həyata keçirir.
Müəssisə sənaye parkının
rezidenti kimi vergi, gömrük və digər güzəştlərdən faydalanır.
Hazırda burada 400 nəfər çalışır.
Şirkət 300-dək işçinin
Ağdam şəhərinə
köçürülməsini nəzərə alaraq, onların yaşayış
təminatını qarşılamaq
üçün "Ağdam
Residence" yaşayış kompleksində 208 mənzilin
alınmasına sərmayə
yatırıb və əməkdaşların işlədiyi
dövr ərzində
ödənişsiz olaraq
onların istifadəsinə
verib.
Keçən ilin nəticələrinə
görə, "Tabaterra"
MMC qeyri-neft və özəl sektor üzrə qabaqcıl ixracatçı, eyni zamanda, qeyri-neft sektorunda ən iri vergi ödəyicisi
olub.
Tütün əkininin və
emalının həyata
keçirilməsi məqsədilə
təsis edilmiş
"Tabaterra Leaf" MMC 2021-ci ildə "Azərtütün"
ASC-nin özəlləşdirilməsinə
dair investisiya müsabiqəsinin qalibi olub və infrastrukturun
modernləşdirilməsi, yerli tütünün keyfiyyətinin artırılması
məqsədilə 15 milyon
manat məbləğində
sərmayə yatırıb.
"Tabaterra Leaf" MMC hazırda
Şəki, Qax, Zaqatala, Balakən rayonlarının ərazisində
tütün əkini və emalı ilə məşğul olur. Şirkətin tərkibində tütün
qəbulu və emalı məntəqələri,
istixanalar və illik istehsal gücü 3 min ton olan Tütün Emalı Zavodu mövcuddur. "Tabaterra Leaf" MMC tərəfindən
2027-ci ildən başlayaraq
Qubadlı rayonunda 500 hektar ərazidə tütün əkini və emalı ilə əlaqədar lazımi infrastrukturun qurulması üçün
əlavə investisiya
yatırılması nəzərdə
tutulur. "Tabaterra"
MMC-nin işğaldan azad edilmiş ərazilərdə həyata
keçirdiyi layihələr
iqtisadi fəallığın
artırılmasına, sənayenin
və kənd təsərrüfatının inkişafına,
regionun ixrac potensialının artırılmasına,
məşğulluğun təmin
olunmasına töhfə
verir. Bu layihələrin
ümumi investisiya dəyəri 79 milyon manat təşkil edir.
Prezident
İlham Əliyev həmçinin
960 şagird yerlik Ağdam şəhər 1
nömrəli tam orta məktəbin binasının
açılışında iştirak edib.
Xatırladaq ki, bu təhsil ocağının təməli
2021-ci il mayın 28-də Prezident
İlham Əliyev tərəfindən
qoyulub. Bu ilin fevralında isə dövlətimizin başçısı
və birinci xanım Mehriban Əliyeva burada aparılan tikinti işləri ilə tanış olublar. Məktəbin binası "Azərbaycan
Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair
I Dövlət Proqramı"nın
icrası çərçivəsində
inşa edilib. Binada 43 sinif, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM adlandırılan elm, texnologiya,
mühəndislik, sənət
və riyaziyyat mərkəzi, müasir texnoloji avadanlıqla təchiz edilmiş fizika, kimya və
biologiya laboratoriyaları,
informatika və çağırışaqədərki hazırlıq otaqları,
kitabxana, muzey, 352 yerlik yeməkxana fəaliyyət göstərəcək.
Bundan başqa, məktəbdə müxtəlif
tədbirlərin keçirilməsi
üçün 468 yerlik
akt zalı və iki qapalı
idman zalı, açıq havada futbol və basketbol meydançaları
da müəllim və
şagirdlərin ixtiyarına
verilib.
Bu gün Qarabağda təhsil sahəsində müasir tələblərə
cavab verən maddi-texniki bazanın yaradılması ən önəmli məsələlərdən
biridir. Prezident
İlham Əliyevin rəhbərliyi
ilə işğaldan
azad edilən ərazilərimizdə hazırda
təhsil infrastrukturunun
bərpası və bu sahənin inkişafı istiqamətində
çox mühüm işlər görülür.
İstifadəyə verilən
Ağdam şəhər
1 nömrəli tam orta
məktəb bunun daha bir nümunəsidir.
Millət
vəkili Azər Badamov bildirib ki, işğalçıların 30 il dağıdaraq viran qoyduğu ərazilərimizin
yenidən qurularaq bərpa olunması böyük qürur hissi doğurur: "Bu baxımdan, Ağdamdakı
misilsiz quruculuq Böyük Qayıdışın
nəhəng miqyasını
daha aydın göstərir".
A.Badamovun sözlərinə
görə, dövlətimizin
başçısı illərdən
bəri öz doğum günlərində
işğaldan azad olunan ərazilərdə keçmiş məcburi köçkünlər üçün
tikilmiş yaşayış
məntəqələrin açılışlarında
və yeni layihələrin
təməlqoyma mərasimlərində
iştirak edib. Cənab Prezidentin həmin mərasimlərdə
söylədiyi fikirlər,
planlar bu gün uğurla həyata keçirilir. Ermənilərin daşı
daş üstündə
saxlamadığı və
Qafqazın Xirosiması
adlandıran Ağdam günbəgün yenidən
qurulur: "Dövlət
başçısının xüsusi tapşırıqları
və nəzarəti ilə Ağdam rayonu ən yükəsk səviyyədə
yenidən qurulub bərpa edilir. Keçmiş məcburi köçkün həyatını
yaşamış ağdamlılar
dünyanın ən gözəl yaşayış
məntəqlərinə qayıdacaqlar.
Ağdam şəhəri
özünün arxitekturası
və dizaynı ilə xüsusilə fərqlənəcək. Prezidentin
işğaldan azad olunan ərazilərə etdiyi mütəmadi səfərlər o ərazilərdə
görülən işlərin
daha keyfiyyətlə və sürətlə icra olunmasına yol açır. İşğaldan azad olunan ərazilərdə icra edilən layihələrin səviyyəsi
yeni bir Azərbaycan standartını meydana gətirir. Bu standart xalqımızın milli-mənəvi
dəyərlərini özündə
əks etdirməklə
müasirliyi özündə
birləşdirir. İşğaldan
azad olunan ərazilərdə yenidən
qurma və bərpa işlərinin yüksək səviyyədə
aparılması həm
bu ərazilərə
qayıdacaq keçmiş
məcburi köçkünlərin
firavan yaşayışını
təmin edəcək,
həm də 30 il dövriyyədən kənarda
qalmış ərazilər
yenidən ümumi iqtisadiyyatımıza reinteqrasiya
olunacaq. Bu da dövlətimizin
gücünü daha
da artıracaq".
Millət
vəkili Aydın Mirzəzadənin sözlərinə
görə, Ağdam şəhərinin bərpası
üçün çox
böyük işlər
görülüb. Yaşayış
evləri tikilib, məktəb, uşaq bağçası eyni zamanda sosial obyeklər inşa edilir. Bunun özü göstərir ki, işğaldan
azad olunan Ağdam yenidən özünün əzəmətli
görkəmini əldə
edir və ağdamlıların geri qayıdacağı gün
elə də uzaqda deyil: "Prezident keçmiş məcburi köçkünlərin
öz dədə-baba
yurduna qayıtmasının
dövlətin əsas
prioritet məsələlərindən
biri hesab edir".
Sevinc QARAYEVA
525-ci qəzet. - 2025.- 26 iyul(№130).- S.23.