Azərbaycan milli
geyimi Parisdə nümayiş olunub
Paris yaxınlığındakı Monfermey (Montfermeil)
komunasında “Mədəniyyətlər və
Yaradıcılıq” (Cultures & Création) adlı moda
nümayişinin 20 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, moda nümayişində
Azərbaycanın milli geyimi də təqdim olunub. “LVMH”
(Moët Hennessy Louis Vuitton) və “LİVE”
assosiasiyasının sponsorluğu ilə keçirilmiş dəfilədə
Azərbaycan milli geyimini Adela Naibova təqdim edib.
“Mədəniyyətlər və
Yaradıcılıq” dəfiləsinin builki nəşri
“Bütün formalarında sülh" adı ilə təqdim
olunub. Moda nümayişinin ikinci hissəsində istedadlı gənc
dizaynerlər verilmiş mövzu əsasında geyimlər
hazırlayıblar. Azərbaycanəsilli gənc dizayner Səkinə
İşıq təxminən iki həftə ərzində
tikdiyi üç paltarı təqdim edib.
“Mədəniyyətlər və
Yaradıcılıq” adlı moda şousunun 20-ci
ildönümünü qeyd etmək üçün 150-dən
çox dizayner öz geyimlərini təqdim edib və təxminən
40 ölkə diqqət mərkəzində olub.
2005-ci ildə yaradılmış həvəskar
dizayner və modellərin bu moda nümayişi
yaradıcılığı, mədəni ifadə müxtəlifliyini
və yerli istedadı nümayiş etdirmək məqsədi
daşıyır. O, həmçinin moda dünyası ilə
tanış olmayan gənc moda həvəskarlarına
tanınmaq fürsəti təqdim edir.
525-ci qəzet .- 2025.-4 iyun(¹96).- S.9.