Həmkarlar İttifaqının
nümayəndələri Xalq artisti Arif Babayevi ziyarət ediblər
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının üzv təşkilatı Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri Elkiyar Ziyadov görkəmli xanəndə,
Xalq artisti Arif Babayevi ziyarət edib.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, görüşdə
sənətkarın səhhəti ilə maraqlanılıb,
ona diqqət göstərilib.
Görüş zamanı Respublika Komitəsi tərəfindən
mədəniyyət işçilərinin sosial
rifahının yaxşılaşdırılması, peşəkar
inkişafının və yaradıcılıq
imkanlarının genişləndirilməsi istiqamətində
həyata keçirilən tədbirlər barədə
danışılıb. Xalq artisti göstərilən diqqət
və qayğıya görə Həmkarlar
İttifaqının nümayəndələrinə təşəkkür
edib.
525-ci qəzet .- 2025.-4 iyun(№96).- S.9.