Qulu Ağsəs ilə
görüş keçirilib
Xəzər
rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi
Kitabxanasında “Ulduz” jurnalının baş redaktoru, Əməkdar
jurnalist, şair Qulu Ağsəs ilə görüş
keçirilib.
Tədbirdə
şəhid ailələri, Xəzər rayon MKS-nin fəal
oxucuları, Binə qəsəbəsində yerləşən
149, 121 və 292 nömrəli məktəbin müəllim və
şagird kollektivi, 24 saylı musiqi məktəbinin müəllim
və tələbələri və Binə mədəniyyət
mərkəzinin üzvləri iştirak ediblər.
Öncə
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,
sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad
edilib.
Tədbirdə
Qulu Ağsəsin yaradıcılığı haqqında
slayd nümayiş etdirilib.
Görüş
zamanı Qulu Ağsəs izləyicilər tərəfindən
verilən sualları cavablandırıb və yeni şeirlərini
səsləndirib.
Qeyd
edək ki, kitabxana mütəmadi olaraq şair,
yazıçı və incəsənət xadimləri ilə
görüşlər keçirir.
525-ci qəzet .- 2025.-3 iyun(№95).- S.9.