Gənclər
Kitabxanası Xalq şairi Fikrət Qocanın 90 illlik yubileyini
gündəmdə saxlayır
2025-ci ildə Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət
mükafatı laureatı Fikrət Qocanın anadan
olmasının 90 ili tamam olur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi
Fikrət Qocanın 90 illik yubileyinin keçirilməsinə
dair imzaladığı Sərəncamdan irəli gələn
tədbirləri həyata keçirmək məqsədilə
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında “Fikrət Qoca – Azərbaycan poeziyasında yeni
ovqat” adlı biblioqrafik icmal hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına
Kitabxanadan verilən məlumata görə, təqdim olunan
materialda Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinin qeyd
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının,
akademik Bəkir Nəbiyevin “Şair fərdiyyəti”,
yazıçı-publisist Pərvinin “Cildlərə
sığmayan şair” adlı məqalələrinin tam mətni,
elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin
nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun
haqqında söylədikləri dəyərli fikirlər yer
alır. Biblioqrafik icmalda Fikrət Qocanın əsərləri,
ön söz yazdığı, redaktə və tərtib
etdiyi, məsləhətçisi olduğu kitabların,
haqqında qələmə alınan nəşrlərin, məqalələrin
biblioqrafik icmalı, şairin dövri mətbuatda dərc edilən
şeir və yazılarının siyahısı verilir.
Kitabxana əməkdaşları tərəfindən
hazırlanan icmalda müəllifin müxtəlif illərdə
dərc edilən “Seçilmiş əsərləri”, “Hələlik,
qiyamətəcən...,” “Taleyin ağır taleyi”,
“Ömrümdən anlar”, “Adi həqiqətlər” və
haqqında qələmə alınan “Əbədiyyətə
qovuşan "Od oğlu"”, “Fikrət Qocanın
yaradıcılıq yolu”, “Azərbaycan poeziya çələngi”
kimi 50-dən çox kitabın qısa annotasiyası və
biblioqrafik təsviri təqdim edilir.
525-ci qəzet .- 2025.- 12 iyun(¹ 100).- S.9.