Gənclər Kitabxanasında Milli
Qurtuluş Günü ilə əlaqədar kitab sərgiləri
hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar
ənənəvi və virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan virtual
kitab sərgisində o günlərin xronikasını, xalq
içərisində yaşanan gərginliyi, xalqın Heydər
Əliyevin ətrafında bir yumruq kimi birləşməsini əks
etdirən kitablar və dövrü mətbuat nümunələri
toplanıb.
Virtual kitab sərgisində 15 iyun gününün Azərbaycan
xalqının milli qurtuluş günü elan edilməsi
haqqında Milli Məclisin qərarının, “Heydər
Əliyev və Azərbaycanın milli maraqlarına əsaslanan
dövlət siyasəti”, “Heydər Əliyev - dövlətçilik,
milli özünüdərk, mənəvi dəyərlər”,
“Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq”,
“Mahir siyasətçi, müdrik rəhbər”, “Heydər
Əliyev və milli mübarizə tariximiz”, “Böyük yolun
həqiqəti” kimi 15-dən çox kitabın tam mətni təqdim
edilir.
“15 İyun - Milli Qurtuluş Günü” adlı virtual
kitab sərgisində kitablarla yanaş, dövrü mətbuatda
çap məqalələrin də tam mətni yer alır.
Virtual kitab sərgisi kitabxananın rəsmi saytında
https://www.ryl.az/multimedia/milli-qurtulus-gunumuz yerləşdirilib.
Gənclər Kitabxanasında təşkil olunan “15
iyun – Milli Qurtuluş Günü” adlı ənənəvi
kitab sərgisində Milli Qurtuluş Gününün tarixini,
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətini əks
etdirən kitablar, dövrü mətbuat materialları sərgilənməkdədir.
525-ci qəzet .- 2025.- 14 iyun(¹ 102).- S.13.