Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə
həsr olunmuş tədbir keçirilib
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi
Kitabxanası “Yubileylər silsiləsi” və “Yaradıcı
oxucularımız” tədbirləri çərçivəsində
Yasamal rayon Heydər Əliyev Mərkəzində şair,
publisist, tərcüməçi Vaqif Bəhmənlinin 70 illik
yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir təşkil
edib.
525.az xəbər verir ki, tədbir
iştirakçıları Böyük Qələbəni,
tarixi Zəfər sevincini bizə bəxş edən, Vətən
uğrunda canlarından keçənigid şəhidlərimizin
və Ulu Öndər Heydər Əliyevin müqəddəs
ruhlarınıbir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan tarix
üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət
işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova
şairin yubileyinin xalqımızın tarixi bayramlarından
biri 15 iyun Milli Qurtuluş Gününə təsadüf
etdiyini bildirdi. O qeyd etdi ki, 32 il öncə xalqımız nə
qədər doğru qərar verdiyi ilə bu gün fəxr
edir. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə
qayıdan Ümummilli Lider Heydər Əliyevin adı tarixə
müstəqilliyimizin xilaskarı və qarantı kimi
yazıldı. Azərbaycan xalqı Ulu Öndərin
böyüklüyünü və dahiliyini bir daha
gördü. Fəxr edirik ki, 1993-cü ildə Milli
Qurtuluşumuz gerçəkləşmiş, 2020-ci ildə
torpaqlarımız işğaldan azad olunmuş, 2023-cü ildə
isə suverenliyimiz tam təmin olunmuşdur.
Sonra Lətifə Məmmədova Vaqif Bəhmənlinin
yaradıcılığı və yeni nəşr
olunmuşkitabları haqqında məlumat verdi.
Əməkdar jurnalist,publisist, filologiya elmləri
doktoru, BDU-nun professoruQulu Məhərrəmli
çıxış edərək qeyd etdi ki,
poeziyamızın parlaq simaları – Molla Pənah Vaqif, Vaqif Səmədoğlu,
Vaqif Bayatlı sırasında Vaqif Bəhmənli də var.
Vaqif Bəhmənli yaradıcılığında insanın
hiss və duyğularını ifadə edən ən gözəl
şairlərimizdəndir. Onun şeirlərində insan
düşüncəsi, insanı yaşadan hisslər var.“Bir
şair ki, Allahın ətəyindən yapışmaq
üçün sözdən nərdivan düzəldir,
bütün dünyanı gözəl görür və onu
beynində yaradaraq şeirlərində ifadə edir, bizim
düşüncə tərzimizi genişləndirir, əlbəttəki,
bu fövqəladə bir istedaddır. O
yaradıcılığında səmimidir,
dürüstdür, insanlara əxlaq aşılayandır,
insana ən gözəl duyğuları yaşadandır. Azərbaycan
poeziyasını kərpic daşları ilə quran
şairdir”, – deyərək Q.Məhərrəmli
sözünü yekunlaşdırdı.
Yazıçı, şair, M.Ş.Vazeh adına Mərkəzi
Kitabxananın Fəxri oxucusu Gülnur Aslan Milli Qurtuluş
Gününün tarixi əhəmiyyətindən
danışaraq Ulu Öndərin Azərbaycan xalqı
qarşısında misilsiz xidmətlərini vurğuladı.
Oçıxışında bildirdi ki,Vaqif Bəhmənlinin sənətindəki
səmimiyyət bizəsözə, düşüncəyə
sədaqəti göstərir. Gənc yazıçı qeyd
etdi ki, şair yaradıcılığı ilə
insanların fikirlərinə işıq saçır,
onları ilhamlandırır və maarifləndirir. G.Aslan qeyd
etdi ki, ədəbiyyatçı olmaq bir qədər asan olsa
da, şair olmaq çətindir və şairə
yaradıcılıq uğurları arzuladı.
Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli
Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat
Şurasının sədr müaviniUmud Rəhimoğlu
vurğuladı ki, Vaqif BəhmənliAzərbaycan
poeziyasınınçox məhsuldar, sözünə kifayət
qədər dəyər verənbir şairdir. O, şairin
uşaqlarla bağlı və gənclərə
ünvanlandırdığı səmimi şeirlərindən
danışdı.
Filologiya elmləri doktoru,
yazıçı-publisistEsmira Fuad
çıxışında Vaqif Bəhmənlini sözü
seçən, milli koloritdən istifadə edən və
doğulduğu Böyük Bəhmənli kəndinin
obrazını yaradan, kəndin məsləklərini poeziyaya
çevirən qələm ustası olduğunu
vurğuladı. Şair yaşadığı acıları və
sevincləri yaradıcılığına gətirdiyini, Azərbaycan
dilində dialektsözlərinə üstünlük verdiyindən
danışdı.
Şair Ağacəfər Həsənli Vaqif Bəhmənli
şeirlərində sözü seçə-seçə, qəlbinin,
canının qanı ilə qələmə içirdə-içirdə
yazdığını dedi.
Uşaq yazıçısı, şair, M.Ş.Vazeh
adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar
İbrahimovaVaqif Bəhmənli ilə bağlı xatirələri
ilə bölüşdü və şairin
yaradıcılığının maraqlı anlarına
müraciət etdi.
Norveçdə yaşayan həmvətənlimiz
Günay Əliyeva çıxış edərək bildirdi
ki, biz mənəvi cəhətdən belə
ziyalılarımız üçün acıq. O qeyd etdi ki,
Norveçdəki Azərbaycan Evinə bizim
ziyalılarımız, mədəniyyət xadimlərimiz gəlir,
onların hər gəlişi bizim üçün
bayramdır, onların təkcə poeziyasını deyil,
sözünü, danışığını dinləməkdən
doymuruq, çünki biz onlardan öyrənirik və bundan
sonra da öyrənəcəyik. “Sizin hədiyyə etdiyiniz bu
kitabları məktəbdə uşaqlarla birgə
oxuyacayıq eyni zamanda sizin kitablarınızOslodakı Azərbaycan
Evinin kitabxanasında yer alacaq”, – G.Əliyeva dedi.
Tədbirdə iştirak edən dosent, şair Oqtay
Abbasov, şair Tofiq Nurəli və Nərgiz Cabbarlı
çıxışlarında Vaqif Bəhmənlinin Azərbaycan
ədəbiyyatının zənginləşməsinə və
inkişafina töhvələr vermiş bir sənətkar
olduğunu, həm bədii, həm də publisistik sahələrdəki
əsərləri ilə ədəbiyyatımızın qiymətli
incilərindən biri olduğunu bildirdilər.
Şair, M.Ş.Vazeh adına Mərkəzi
Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov Vaqif Bəhmənlini
70 illik yubileyi münasibətilə təbrik etdi və ona həsr
etdiyi “Sən xalqının şairisən” şeirini söylədi.
Vaqif Bəhmənlinin həyat yoldaşı
yazıçı Rəhilə Gülgün tədbir
iştirakçılarına ürək sözlərini
söylədi və şairlə qürur duyduğunu bildirdi.
Yubiley tədbirində Vaqif Bəhmənli Vətənə,
dünyasını dəyişmiş valideynlərinə,
müasir problemlərə həsr etdiyi şeirlərini
söylədi, tədbirin təşkilatçılarına və
qonaqlara minnətdarlığını bildirdi.
Yubilyar şairə və Norveçdə yaşayan həmvətənlimiz
Günay Əliyevaya M.Ş.Vazeh adına Mərkəzi
Kitabxananın Fəxri oxucusu diplomları təqdim edildi.
Tədbirin bədii hissəsində 225¹-li tam ortaməktəbin
şagirdləri,bir sıramüsabiqələrinlaureatları,
kitabxananın fəal oxucuları Aylin Rüstəmli, Nəzrin
Əzimli, Südabə Səfərli, 147 ¹-li Texniki-Humanitar
Liseyin şagirdləri Əziz Məmmədli, Fatimə Məmmədli,
Rais Adıyev, Azər Hüseynov, Murad Səidli,
AğarafiqMustafazadə, Şəhla İbrahimova, 20¹-li məktəbin
şağirdləri Şəfiqə Əliyeva, Ayşən
Əliyeva şairVaqif Bəhmənlinin şeirlərini
söylədilər.
Muğam ustası, xanəndə M.Ş.Vazeh adına Mərkəzi
Kitabxananın Fəxri oxucusu Maya Cəbrayılova və Xan
Şuşinski adına Ağdam rayon Muğam Uşaq Musiqi Məktəbinin
şagirdləri Tunar Əzizov, Fatimə Kərimli, Sübhan
Ağazadə, Mətin Cəfərov Qarabağa, Vətənə
həsr olunmuş mahnı və muğamlar ifa etdilər.
Onları tarda Famil Məmmədov, kamançada Lalə Əfəndiyeva,
qavalda Əziz Mənsimli müşayiət etdilər.
Müəllif tədbir iştirakçılarına
yeni nəşr olunmuş kitablarını hədiyyə etdi.
525-ci qəzet .- 2025.- 20 iyun (¹105).- S.9.