Gənclər
Kitabxanasında 18 İyun - İnsan Hüquqları
Günü ilə əlaqədar silsilə materiallar
hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasının əməkdaşları tərəfindən
“Azərbaycanda insan hüquqlarının təmin edilməsi
dövlətin ali məqsədidir” adlı daycest, ənənəvi
və virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitdə
respublikamızda insan hüquq və azadlığı siyasətini
tənzimləyən rəsmi sənədlərin, “Heydər
Əliyev və insan hüquqları”, “Azərbaycan insan
hüquq və azadlıqlarının qorunduğu dövlətdir”,
“İnsan hüquqlarının qorunması müasir dünyaya
qovuşmağın əsas yoludur” adlı məqalələrin
tam mətni və mövzu ilə əlaqədar 2011 - 2025-ci
illərdə dövri mətbuatda çıxan 25 məqalənin
biblioqrafik təsviri, internet linki və qısa məzmunu təqdim
edilir. Daycest kitabxananın rəsmi saytında
https://www.ryl.az/funds/daycest yerləşdirilib.
Kitabxana əməkdaşları tərəfindən
hazırlanan “İnsan hüquqları” adlı virtual kitab sərgisində
fəlsəfə üzrə fəlsəfə doktoru Vahid
Ömərovun “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda
insan hüquq və azadlıqlarının təmin edilməsi
siyasəti”, “Multikulturalizm və Heydər Əliyev”, BDU-nun
Mülki proses, əmək və ekologiya hüququ
kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə
doktoru Zahid Cəfərovun “İnsan hüquq və
azadlıqlarının etibarlı hamisi Mehriban Əliyeva” kimi
məqalələrlə yanaşı 20-ə yaxın
kitabın tam mətni təqdim edilir.
İstifadəçilər rəsmi saytda yerləşdirilən
https://www.ryl.az/multimedia/insan-huquqlari linkdən istifadə edərək
kitab və məqalələrin tam mətni ilə
tanış ola bilərlər.
Kitabxana daxilində “18 İyun - İnsan
Hüquqları Günü” adlı ənənəvi kitab sərgisi
də hazırlanıb. Sərgidə kitabxananın fondunda olan
mövzu ilə əlaqədar kitablar, kitabxana əməkdaşları
tərəfindən hazırlanmış “Azərbaycanda insan
hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir”
adlı daycest sərgilənməkdədir.
525-ci qəzet .- 2025.- 19 iyun (¹104).- S.9.