Mina Rəşidin yeni kitabı
çıxıb
Şair-publisist, "Vətən səsi"nin əməkdaşı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü Mina Rəşidin
uşaq və gənclər üçün nəzərdə
tutulan "Əziz Peyğəmbərimiz" adlı
kitabı çap edilib. Kitab "AVE print" nəşriyyatında
işıq üzü görüb. Bu, Mina Rəşidin sayca
9-cu kitabıdır.
Yazıçı "Ulduz" jurnalının
şöbə redaktoru Hicran Hüseynovanın kitabda yer alan
yazısında qeyd edilir ki, nəşrdə Məhəmməd
peyğəmbərin həyatından, ümumən İslam
dininin məziyyətlərindən bəhs olunur. Müəllif
bütün bu bilgiləri həm rahat, axıcı poetik dillə,
həm də məktəb yaşlı uşaqların başa
düşəcəkləri qədər sadə,
anlaşıqlı tərzdə qələmə alıb.
Sözügedən kitab imanlı-inamlı övlad
yetişdirmək istəyən valideynlərə bu ülvi məqsədə
çatmaq yolunda yaxından yardımçı ola bilər.
Kitabın redaktorları tanınmış imzalardan
olan Sevinc Nuruqızı, Hicran Hüseynova və Ayişə Nəbi,
tərtibatçı isə Elşən
Şıxlıdır.
Günel QULİYEVA
525-ci qəzet .- 2025.- 19 iyun (№104).- S.9.