Gənclər
Kitabxanasında Silahlı Qüvvələr Günü
münasibətilə silsilə materiallar hazırlanıb
Azərbaycan xalqının Ümummilli Lideri, müasir
Azərbaycan Ordusunun qurucusu Heydər Əliyevin 1998-ci il
mayın 22-də imzaladığı Fərmanla 26 iyun Azərbaycan
Respublikasının Silahlı Qüvvələr Günü
elan edilib. Ulu Öndər Heydər Əliyevin bu Fərmanı
tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin
bərpası istiqamətində çox gərəkli bir
addım idi. Artıq beşinci ildir ki, 26 İyun - Azərbaycan
Respublikasının Silahlı Qüvvələr Günü fərqli
əhvalda - Qələbə ovqatında qeyd edilir.
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında 26 İyun - Silahlı Qüvvələr
Günü ilə əlaqədar virtual və ənənəvi
sərgi, videoçarx və “Qalib və müzəffər Azərbaycan
ordusu” adlı daycest hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan
videomaterialda Silahlı Qüvvələr Gününün
keçdiyi tarix yolu, bu günün əhəmiyyəti haqda məlumat
verilir. Materialda AXC dövründə Milli Ordunun
yaradılması, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
gəldikdən sonra Azərbaycan ordusunun
inkişafındakı rolunu əks etdirən maraqlı məlumatlarla
yanaşı, müasir Azərbaycan Ordusunun görüntüləri
də yer alır.
Videomaterial kitabxananın rəsmi saytında
https://www.ryl.az/multimedia/qalib-azerbaycan-ordusu yerləşdirilib.
26 İyun - Silahlı Qüvvələr Günü
haqqında qələmə alınan dövri mətbuat məqalələrinin
biblioqrafik təsvirini, annotasiyasını və keçid
linkinı özündə cəmləyən daycestin
hazırlanmasında əsas məqsəd geniş istifadəçi
kütləsini qalib və müzəffər Azərbaycan
Ordusu haqqında dərc olunmuş materiallarla tanış etməkdən
ibarətdir. Kitabxananın rəsmi saytında
https://www.ryl.az/funds/daycest yerləşdirilmiş vəsaitdə
bir sıra rəsmi sənədlərin və “Heydər
Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi
ilə qurulan ordu” adlı məqalənin tam mətni təqdim
edilir. Əsasən 2021-2025-ci illəri əhatə edən məqalələr
toplusu vəsaitdə illər üzrə, daxildə isə əlifba
ardıcıllığı ilə verilib.
“26 İyun - Silahlı Qüvvələr Günü”
adlı ənənəvi kitab sərgisində isə
Silahlı Qüvvələr Gününün tarixini, əhəmiyyətini
əks etdirən nəşrlər və kitabxana əməkdaşları
tərəfindən hazırlanmış vəsait
sərgilənməkdədir.
525-ci qəzet .- 2025.- 26 iyun(¹110).-S.14.