“Baş”
tamaşasına ictimai baxış keçirilib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında
hazırlanan eyniadlı tamaşaya ictimai baxış
keçirilib.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri
tarixi metafizik dram janrındadır.
Yeni tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni
Əməkdar incəsənət xadimi, Dövlət
mükafatı laureatı Mehriban Ələkbərzadə,
quruluşçu rəssamı Əməkdar mədəniyyət
işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı
Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael
Vaqifoğlu, bəstəkarı Azər Hacıəsgərli,
rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.
Əsər XIX əsrin əvvəllərində mənşəcə
gürcü olan rus generalı Sisianovun komandanlığı
ilə imperiya qoşunlarının Cənubi Qafqazı
işğal etməsindən bəhs edir. Rejissorun əsas məqsədi
birləşə bilməyən Azərbaycan
xanlıqlarının Çar Rusiyası tərəfindən
işğalı zamanı şərqli insanın kritik məqamlarda
kənar və böyük güc qarşısında necə
dayanmasının, seçim anında özünü necə
ifadə etməsinin psixoloji mənzərəsini, personajlar
qalereyasını göstərməkdir.
“Baş”da rolları Xalq artistləri Rafiq Əzimov,
Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər
Füzuli Hüseynov, Vəfa Rzayeva, Elnar Qarayev, Anar Heybətov,
Rövşən Kərimduxt, Kazım Həsənquliyev, Elxan
Quliyev, Elşən Rüstəmov, Mətləb Abdullayev,
Ayşad Məmmədov və digər aktyorlar ifa edib.
525-ci qəzet .- 2025.- 26 iyun(¹110).-S.14.