YENİLMƏZ
Britaniya şairi, nasiri, ədəbiyyatçısıdır.
Bir neçə poetik toplunun müəllifidir. Nelson Mandellanın sevimli şeiri
kimi daha çox “Invictus” (“Yenilməz”) şeirinə görə
məşhurluq qazanmışdır.
Cəhənnəm gecəsi, aləm qapqara,
Sarmış vücudumu ağrılar içrə.
Şükranlıq edirəm mən ilahlara
Bax bu ram olmamış ruhuma görə.
Tənimdə işgəncə döyənəkləri,
Çığırtım-bağırtım
eşidilməmiş.
Taleyin ən ağır dəyənəkləri
Yarsa da başımı əyə bilməmiş.
Qəzəb, göz yaşları… yollar dumanlı,
Məchulluq kabusu atılmış önə.
Gələcək illərin gözləri qanlı
Olsa da qorxmuram, qorxmaram yenə.
Keçidlər, cığırlar dar olsun, nə qəm,
Ard-arda cəzalar olsun, nə sözüm.
Mənəm taleyimin ağası, mənəm,
Özüməm ruhumun öndəri, özüm.
VİLYAM ERNEST HENLİ
(1849-1903)
525-ci qəzet .- 2025.- 1 mart(¹39).- S.23.