GEDILMƏMIŞ YOL
Əyalət həyatının realist təsvirləri
fonunda mürəkkəb sosial, fəlsəfi mövzuları
incələyən əsərləri, sıravi
Amerikalının danışıq tərzini şeirləşdirən
bədii məziyyətləri onu 20-ci əsr
Amerikasının ən şöhrətli şairlərindən
etmişdir. Sağlığında dəfələrlə
ABŞ-ın ən yüksək mükafatlarına layiq
görülmüşdür.
Payızdı, meşədə yol haçalandı,
Qəlbimi məchulluq qorxusu diddi.
Mənə bu cüt yoldan hansı həyandı?
Zillənib birinə xeyli dayandım –
Gördüm kolluqlara əyilib itdi...
Sonra da zilləndim ikinci yola.
Çox güman, daha çox bu yol yarıdar,
Düşündüm, qoy gedim, nə ola, ola.
Bəlkə də getmişlər izləri qala
Vaxtilə o yolu başqaları da.
O səhər hər iki yolun xəzanı
Tapdaq görməmişdi, qaraltısızdı.
Birinci qoy dursun, gələr zamanı,
Onsuz da öndədir qovuşan anı
Yolların. Nə bilim, bəlkə də azdım...
İllər arxadadır... Rahat nəfəslə
Qoy deyim, qurtaran məni o yoldu
Meşədə... seçmişdim qəribə
şəstlə
Mən az gediləni məchul həvəslə.
Hər şeyi dəyişən, şəksiz, bu oldu.
QARLI MEŞƏLİYİN AXŞAM ÇAĞINDA
Kimindir bu meşə? Əlbət, bilirəm.
Hərçəndi burda yox, bir kənd içində
Yurd salmış yiyəsi. Hey zillənirəm
Qarlı meşəsinə bir zənd içində.
Ürgəmsə döyükür, durmuşuq nədən,
Yox axı yaxında bir ev damı da.
Gözünü donmuş bir göldür göynədən
Ilin ən qaranlıq bir axşamında.
Titrədir yüyənin zınqırovunu,
San sorur bəlkə səhv salmışıq yeri.
Almaqmı istəyir atın hovunu
Əsən meh, uçuşan qar dənələri.
Azır baxışlarım dərin meşədə,
Varmı yol çıxasan böylə nəşədən.
Vədli-vədəlisən, gözü yol çəkən
Var, tərpət atını bayılmamışkən.
ROBERT FROST
(1874 - 1963)
525-ci qəzet .- 2025.- 1 mart(№39).- S.23.