BİR METRO STANSİYASINDA
Amerikalı şair, tənqidçi, erkən modernist
poeziya hərəkatının aparıcı simalarından
biri olmuşdur. Ziddiyyətli, təlatümlü həyat
yaşayan, 2-ci dünya savaşında İtaliyada faşistlərlə
əməkdaşlıq və onları mədh edən E.Pound
müharibədən sonra xain kimi həbsxanaya
salınmış, psixi durumu nəzərə alınaraq
mühakimə edilməmiş, 12 ilini Vaşinqtonda psixiatriya xəstəxanasında
keçirmişdir. Şeirləri 1947-ci ildə Amerikada
keçirilən poeziya müsabiqəsinin qalibi
seçilmişdir. 1958-ci ildə Amerika
yazıçıları onun təbliğatını apararaq
xəstəxanadan azad edilməsinə nail olduqdan sonra
İtaliyaya qayıtmış, həyatını orada başa
vurmuşdur.
Tərcüməsini təqdim etdiyim iki misralıq
şeir feilsiz şeir növünə aid ilk nümunələrdəndir.
Təhlillərin birində vurğulanır ki, şair 1912-ci
ildə Paris metrosunda qarşılaşdığı bir
anı təsvir edir və obrazlılığı bənzətmə
ilə deyil, “bərabərləşdirmə” ilə
yaratmağa çalışır.
Bu üzlərin izdihamda kabusanə
görüntüsü:
Nəm, qara şax budaqda ləçəklər.
EZRA POUND
(1885 –1972)
525-ci qəzet .- 2025.- 1 mart(№39).- S.23.