BU SƏHƏR DÜŞMƏNLƏRM ÜÇÜN DUA EDRƏM

 

 

Bir sıra poetik topluların, o cümlədən, "Amerikavari gün doğuşu", "Göydən düşmüş qadın", "Dəli sevgi və müharibə", "Günəşin qürubu al ilmələrdə" kitablarının müəllifidir. 2019-cu ildə ABŞ-ın  laureat şairi fəxri adına layıq görülmüşdür. Amerika Şairlər Akademiyasının kansleridir. Harjo musiqiçi, dramaturq kimi də tanınır.

 

 

Hə, deməli, düşmən kimə deyirəm?

Düşmən gərək səndən kənar olmaya.

Üz tutub günəşə gedir, gedirəm

Açıla ürəyim, bağlı qalmaya.

 

O sualı darıxan ürəkdən gəlir,

Qəzəblə dillənən ağıldan deyil.

Ürəyin günəşlə qan qohumluğu

Gördürür, bildirir ona hər şeyi.

Ona söz-söz çatır dinləyən zaman

Ağla əzab verən bir taqqıltını.

Qanıyla duruldur, hüzrlə duyur

Duatək eşidir hər cırıltını.

 

Səndən həzər etsin zavallı düşmən,

Ürəkdən açmalı ağla qapını.

Dostluq təhlükəsi alar üstünü.

Açarsa böylə bir alaqapını.

 

  COY HARJO

(1951)

525-ci qəzet .- 2025.- 1 mart(№39).- S.23.