Xəzər Universitetində
“Köhnə çamadanlar” göstərilib
Fevralın 26-da “Xəzər” Universitetində
Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə
“Köhnə çamadanlar” filmi nümayiş olundu.
Müəllim və tələbələrin izlədiyi
nümayişdən öncə universitet nümayəndələri
və filmin yaradıcı heyət üzvləri
çıxış edərək Xocalı qurbanlarını,
onların timsalında Qarabağ müharibəsi şəhidlərini
ehtiramla yad etdilər.
Bildirildi ki, zorla cəlb olunduğumuz və minlərlə
dinc soydaşın əziyyət çəkdiyi müharibə
və onun izləri uzun illər yaddaşlardan silinməyəcək. Sözsüz ki, bu gerçəkliyin
ədəbiyyatda, teatrda, kinematoqrafiyada, ümumilikdə
yaradıcılığın bütün sahələrində
geniş şəkildə əks olunması və gələcək
nəsillər ötürülməsi vacib amildir.
Real hekayələr əsasında ərsəyə gələn
“Köhnə çamadanlar” filminin bu mənada tarixi həqiqətlərimizi,
savaşdan əziyyət çəkən insanların,
xüsusən qadın və uşaqların ümumiləşmiş
obrazını yaratdığını dedilər.
Ekran işi maraqla izlənildi və nümayişin
ardınca
tamaşaçıları maraqlandıran suallar
cavablandırıldı.
Xatırladaq ki, müharibə və qadın
mövzusuna özünəməxsus baxış sərgiləyən,
Xocalı soyqırımına, ümumilikdə savaşın
ağrı-acısına kinematoqrafik təsvir verən
“Köhnə çamadanlar” tammetrajlı bədii filminin
quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifləri Sevda Sultanova və Saida Haqverdiyeva,
görüntü rejissoru Şahmar Səfəroğlu, montaj
rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı
Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə,
baş prodüseri Pərvinə İsmayılova,
icraçı prodüserləri Kəmalə Nəhmətova
və Nicat Məmmədovdur.
Ekran əsərində rolları Xalq artistləri Məmməd
Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər
Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə
Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd
Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova,
Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli,
Könül Qasımova, Səmimi Fərhad, Aqil M.Quliyev, Namiq
Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov,
Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və
digər aktyorlar canlandırıblar. Həmçinin filmdə
İkinci Qarabağ müharibəsinin
iştirakçıları, Sərhəd Qoşunlarında
xidmət edən hərbçilər, eləcə də
sağlamlıq imkanları məhdud istedadlı şəxslər
də iştirak ediblər.
525-ci qəzet .- 2025.- 1 mart(¹39).- S.10.