Gənclər Kitabxanasından “Dilsuz
Mustafayev -80” bülleteni
Bu il müstəqillik dövrü uşaq ədəbiyyatının
inkişafında müstəsna rol oynayan, bənzərsiz
uşaq ədəbiyyatı nümunələri yaradan
şair, tərcüməçi Dilsuz Mustafayevin anadan
olmasının 80 illik yubileyi qeyd edilir. Bu münasibətlə
Cəfər Cabbalı adına Respublika Gənclər
Kitabxanasında “Dilsuz Mustafayev - 80” adlı məlumat
bülleteni hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına
Kitabxanadan verilən məlumata görə, materialda “Dilsuz yaradıcılığı:
milli siqlət və bəşəri motivlər”
başlığı altında dəyərli ədibin həyat
və bədii fəliyyəti,
yaradıcılığında dərin izlər buraxan Cənubi
Azərbaycan problemi, publisistika sahəsində
qazandığı uğurlar haqqında məlumat verilir.
Kitabxana əməkdaşları tərəfindən
hazırlanan vəsaitdə Dilsuz Mustafayevin poeziya, bədii nəsr,
publisistika, dramaturgiya, tərcümə sahələrində
olan fəaliyyəti ilə yanaşı, onun çox sayda bədii,
publisistik əsərlərə redaktorluq etməsi, rejissor,
ssenarist bir sıra uğurlu işlərin müəllifi
olması da diqqətə çatdırılır. Materialda
Dilsuz Mustafayevin əsərləri, tərtib və tərcümələri,
redaktoru olduğu kitablar, yaradıcılığı
haqqında ədəbiyyat nümunələri, sözlərinə
bəstələnmiş musiqi notlarının
siyahıları sərgilənir. İstifadəçilər
materialda Dilsuz Mustafayevin müəllifi olduğu və uşaq ədəbiyyatı
nümunələrinə aid olan “Azıx mağarası”,
“Hacı Zeynalabdin”, “Gavur quyusu”, “Osmanlı təpələri”,
“Savalan dağı”, “Şeyx şamil və anası”,
“Şuşa” kimi nağıl kitablarının və redaktoru olduğu “Elçin yaradıcılığı
üzərində düşüncələr”,
“Dünyanı belə gördüm”, “Mənim yüzilliyim”,
“Bir gecənin sirri”, “Elçin – zaman həddini
aşmış sənətkar” kimi 20-dən çox
kitabın biblioqrafik təsviri ilə tanış ola bilərlər.
525-ci qəzet .- 2025.- 4 mart(¹40).- S.9.