Qocaman jurnalist Aarif Əbdüloğunun
85 illik yubileyi ilə bağlı toplantı
Dünən Mətbuat Şurasında
tanınmış jurnalist, publisist və yazıçı
Arif Əbdüloğlunun 85 illik yubileyi ilə bağlı
toplantı keçirilib. Tədbiri giriş sözü ilə
açan MŞ sədri Rəşad Məcid bildirib ki,
Bakı Dövlət Universitetinin (o zamankı Azərbaycan
Dövlət Universiteti) filologiya fakültəsinin jurnalistika
şöbəsində təhsil almış yubilyar hələ
tələbəllik illərində universitet qəzetində
müxbir kimi fəaliyyət göstərib. 1963-cü ildə
göndərişlə Zaqatalada çıxan rayonlararası
“Qırmızı bayraq” qəzetində işə
başlayıb. Üç il sonra dövrün populyar “Sovet kəndi”
qəzeti redaksiyasına dəvət alıb. Uzun illər bu nəşrdə
böyük əzm və enerji ilə çalışıb,
ona yeni nəfəs gətirib, buradakı əməyi yüksək
dövlət təltiflərinə, o cümlədən Azərbaycan
Jurnalıstlər İttifaqının “Qızıl qələm”
mükafatına layiq layiq görülüb.
R.Məcid A.Əbdüloğlunun jurnalistika ilə
yanaşı, bədii yaradıcılıq sahəsində də
aktiv fəaliyyət göstərdiyini vurğulayıb.
Şura sədri bildirib ki, yubilyarın şeirləri xalq
şairi Bəxtiyar Vahabzadənin 1960-cı ildə tərtib
etdiyi “Aprel çiçəkləri” almanaxında yer
alıb. A.Əbdüloğlu həmin il “Azərnəşr”in
çap etdiyi “Mənzərin kəhrizi” oçerk
kitabının ikinci müəllifi olub. Yubilyarın “Yamaclarda
xəzinə” və “Vətəndir - sevdiyim sevildiyim yer”
şeirlər və poemalar kitabları da işıq
üzü görüb. O, “Sovet kəndi” illüstrasiyalı
kitabının tərtibatçısı kimi də
tanınıb. R.Məcid, eyni zamanda, diqqəti
A.Əbdüloğlunun, 2024-cü ildə çapdan
çıxmış “Bütövləşən Vətənim”
kitabına da çəkib, qocaman jurnalistə rəhbərlik
etdiyi qurumun diplomunu təqdim edib.
Toplantıda çıxış edənlərdən
“Bütövləşən Vətənim” kitabının
ön söz müəllifi, filologiya elmləri doktoru, professor
Telman Cəfərov, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin
direktor müavini, şair, yazıçı və publisist
Vaqif Bəhmənli, respublikanın əməkdar jurnalisti
Rüstəm Rüstəmov, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin
sədr müavini Əminə Yusifqızı, keçmiş
iş yoldaşları Sədaqət Kərimova və Müzəffər
Məlikməmmədov, övladları Nərgiz
İsmayılova və Rövşən İsmayılov, həyat
yoldaşı Gülşən Qədimova, yaxın qohumları
Sevinc Əfəndiyeva, Nigar Yusifova, Təranə İbrahimova,
Elmira Qədimova və başqaları A.Əbüloğlunun
istər “Sovet kəndi” qəzetindəki, istərsə də
ümumən yaradıcı şəxs kimi fəaliyyətinin
örnək səciyyə daşıdığını əsaslandırıblar.
Toplantıda vurğulanıb ki, yubilyarı səciyyələndirən
ən böyük xüsusiyyət onun milliliyidir. Milli köklərə,
milli yaddaşa bağlılıq və bunu
yaradıcılığa gətirmək isə yüksək
istedad və peşəkarlığın nəticəsidir.
Çıxış edənlər, həmçinin,
A.Ədüloğlunu səmimi insan, qayğıkeş dost və
gözəl ailə başçısı kimi xarakterizə
edən cəhətlərdən də söz açıb, təbriklərini,
xoş arzu və diləklərini çatdırıblar.
Tədbirin sonunda A.Əbdüloğlu həyat yoluna və
yaradıcılığına verilən yüksək dəyərə
görə toplantı iştirakçılarına təşəkkürünü
bildirib.
525-ci qəzet .- 2025.- 4 mart(¹40).- S.2.