Milli İncəsənət Muzeyində qadın rəssamlarımızın
sərgisi açılıb
8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində
Milli İncəsənət Muzeyinin kolleksiyasında Azərbaycan
incəsənətində əhəmiyyətli yer tutmuş
qadın sənətkarlarımızın əsərləri təqdim
edilir.
AZƏRTAC xəbər verir ki, həmin xanım sənətkarlardan
biri də Qeysər Kaşıyevadır.
Qeyd edək ki, Şərq qadını çox
çətin zamanlarda ulduz kimi parlayıb. Müasir
düşüncəli, cəsarətli xanım kimi tanınan
Qeysər xanım musiqi istedadına da malik olub. 1907–1908-ci illərdə
Tiflisdə İncəsənəti Təşviq Cəmiyyətinin
nəzdindəki rəssamlıq məktəbində oxuyan
Q.Kaşıyeva ilk peşəkar təhsil almış azərbaycanlı
rəssamdır. O, XX əsrin əvvəllərində milli təsviri
sənətimizə realizm ənənələrini gətirən
rəssamlardandır. Dövrümüzə az sayda əsərləri
çatmış Q.Kaşıyevanın qrafik əsərlərinin
bir qismi Azərbaycan Milli İncəsənət Muzeyində
qorunur. Hazırda “1920-1980-ci illər Azərbaycan rəngkarlığı
və qrafikası” adlı ekspozisiyamızda rəssamın iki
portreti nümayiş etdirilir.
525-ci qəzet .- 2025.- 8 mart(№44).- S.15.