Polad
Bülbüloğlunun 80 illiyinə daha bir töhfə
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında
Xalq artisti, görkəmli bəstəkar, müğənni
Polad Bülbüloğlunun 80 illiyi münasibətilə Yuli
Qusmanın eyniadlı filmi əsasında “Qorxma, mən səninləyəm!”
tamaşası nümayiş olunub.
Nümayişdən əvvəl jurnalistlərə
açıqlama verən tamaşanın quruluşçu
rejissoru Cavid İmamverdiyev bu ideyanın təxminən iki il əvvəl
yarandığını bildirib: “Biz teatrda daha əvvəl fərqli
quruluşda hazırlanan eyniadlı tamaşanı
tanınmış rejissor və ictimai xadim, 60-cı illərin
KVN komandasının məşhur kapitanı, Xalq artisti Yuli
Solomonoviç Qusmanın da 80 illik yubileyi münasibətilə
göstərmişik. Əminəm ki, bu səhnə əsəri
də tamaşaçıların müsbət rəyini
qazanacaq”.
Tamaşanın bədii rəhbəri, teatrın
direktoru Əməkdar incəsənət xadimi Əliqismət
Lalayev, quruluşçu dirijoru Əməkdar incəsənət
xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov,
quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev,
quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri
Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır.
Polad Bülbüloğlunun sehrli musiqilərinin yer
aldığı səhnə əsərində Xalq artistləri
İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Boris
Qrafkin, Ələkbər Əliyev, Əzizağa Əzizov,
Çingiz Əhmədov, Nahidə Orucova, Şövqi
Hüseynov, Almaz Ələsgərova, Prezident
mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev,
Elçin İmanov, Ülviyyə Əliyeva, Eleonora Mustafayeva,
Nicat Əli, Leonid Klets, Fərid Rzayev, Telli Hüseynova, Təranə
Əliyeva, Əli Kərimov, Murad Əliyev, eləcə də
teatrın xor və balet truppasının artistləri
iştirak ediblər.
525-ci qəzet .- 2025.- 7 mart(¹43).- S.9.