Hava çirkliliyi: ciddi problemlər,
aktual çağırışlar
Atmosferin çirklənməsindən törənən
fəsadlar bütün bəşəriyyəti dərindən
narahat edən problemlərdir. Hazırda atmosferi çirkləndirən
əsas mənbələr təbii və antropogen olaraq
qruplaşdırılır. Təbii çirklənmə adətən
vulkan püskürməsi və sair üzündən,
antropogen çirklənmə isə müxtəlif sənaye
sahələrinin, o cümlədən, avtomobil nəqliyyatının
havaya buraxdığı zərərli qazlar zamanı baş
verir. Avtonəqliyyat vasitələrinin işləməsindən
havanı çirkləndirən əsas tullantılara dəm
qazı, karbohidrogenlər, azot oksidləridir.
Araşdırmalara görə, 20 min kilometr məsafə
qət etmiş avtomobil havaya 0,775 kiloqram qurğuşun, 40,75
kiloqram azot oksidləri, 234 kiloqram karbohidrogen və 765 kiloqram dəm
qazı buraxır. Günəş işığının
təsirindən həmin zərərli tullantılar kimyəvi
dəyişikliyə məruz qalır onların
siyahısı aşağısəviyyəli, troposferli ozonla
və fotokimyəvi mənşəli müxtəlif toksinlərlə
zənginləşir. Nəticədə həmin toksiki maddələr
insan həyatı üçün təhlükəli və
idarə edilməsi mümkün olmayan fəsadlar yaradır.
Mütəxəssislər hesab edirlər ki, havanın
çirklənməsinin ən təhlükəlisi və
xoşagəlməyəni qaz, tüstü, duman və toz
qarışığı olan smoqdur. Su buxarlarının
kondensasiyası zamanı kiçik tüstü hissəcikləri
ətrafında toplanmasından əmələ gələn
smoq, xüsusilə, böyük sənaye şəhərlərində
nəqliyyat vasitələrinin çox sıx olduğu ərazilər
üçün xarakterikdir. Smoqun tərkibində olan ən zəhərli
qaz avtomobillərin buraxdığı dəm qazı hesab olunur.
Smoq zamanı havada zərərli maddələrin şiddətli
konsentrasiyası yaranır ki, bu da bəzən ölümlə
nəticələnir. 1952-ci ildə Londonda baş vermiş
smoq nəticəsində 4000 nəfər, 1984-cü ildə
Hindistanın Bxopol şəhərində 2500 nəfər vəfat
edib. Smoq, həmçinin, minlərlə insanın
ağır xəstələnməsinə səbəb olub.
Onun bütün növləri görməni azaldır və tənəffüs
sistemini qıcıqlandırır.
Tanınmış hidrometeorologiya mütəxəssisi
Umayra Tağıyevanın sözlərinə görə,
atmosfer havasının vəziyyəti həm ətraf mühitə
atılan tullantılardan, həm də sinoptik-meteoroloji şəraitdən
asılıdır: "Durğun anomal isti hava şəraitində,
zəif cənub, cənub-şərq küləyinin
üstünlüyü zamanı çirkləndirici maddələrin
toplanmasına şərait yaranır. Lakin bu istiqamətdə
başqa bir çox həll olunmamış problemlər də
var. Xüsusi narahatlıq avtonəqliyyat vasitələrinin
sıxlığı, eyni zamanda, ölkəyəgətirilən
istismar müddəti keçmiş avtomobillərin istifadəsi
ilə bağlıdır".
Bu gün ölkədə atmosfer çirklənməsinin
qarşısının alınması, ətraf mühitin
mühafizəsinin gücləndirilməsi, ekoloji
tarazlığın qorunması üçün müvafiq tədbirlər
həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə təsdiq edilən "Azərbaycan Respublikasında
demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində
Dövlət Proqramı"nın icrası ilə əlaqədar
atmosfer havasının nəqliyyat vasitələrindən
atılan zərərli tullantılarla çirkləndirilməsinin
qarşısının alınması işinin səmərəli
aparılması üçün DİN-in Baş Dövlət
Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə birgə hər il "Təmiz hava" aylığı
keçirir. "Təmiz hava" aylığının əsas
məqsədi atmosfer havasının avtomobillərin ixrac
qazlarının tərkibində olan zərərli maddələrlə
çirkləndirilməsinin qarşısının
alınmasıdır. Bunun üçün avtomobil nəqliyyatı
vasitələrinin mühərriklərinin ixrac etdiyi qazların
tərkibi yoxlanılır, onların normaya uyğun
olmasına nəzarət gücləndirilir, mühərrikləri
normadan artıq qaz ixrac edən avtomobillər aşkar edilərək
onların yol hərəkətindən kənarlaşdırılması
üçün müvafiq tədbirlər görülür.
Ekoloq Telman Zeynalov deyir ki, havanın çirklənməsinə
təsir edən bir çox amillər mövcuddur:
"Yaşıllıqların məhv olması, avtomobillərin
sayının artması, aparılan tikinti işləri, eyni
zamanda, neft və neft məhsulları, kimyəvi maddələr
və inşaat materialları istehsal edən müəsisisələr
də əsas mənbələr hesab oluna bilər. Bu da qrip,
epidemiya və xərçəng kimi bir sıra xəstəliklərin
yaranmasına səbəb olur. Şəhərdə yeni məhəllə
salınırsa, yaşıllaşdırma qaydalarına
görə, orada 2 hektar yaşıllıq olmalıdır ki, əhalini
oksigenlə təmin eləsin, avtomobillərdən atmosferə
buraxılan zəhərli maddələri udsun.
Yaşıllıqlar nə qədər qırılırsa,
yağıntıların miqdarı azalır, küləklər
artır, torpaqlar erroziyaya məruz qalır. Yəni atmosfer
havasının ilkin təbii tərkibini dəyişən hər
bir əlavə komponent hava üçün çirkləndirici
amil sayılır. Əgər havanın ilkin təbii tərkibində
heç bir digər komponent mövcud deyildirsə, onda hava təmiz
hesab olunur. Ümumiyyətlə, atmosfer çirklənmələri
bütövlükdə iqlimin dəyişməsinə səbəb
olur. Havanın çirklənməsi Günəş
şüalarının axın sürətinə, onun Yer səthində
əks olunmasına, atmosferdəgedən bütün təbii
proseslərin dinamikasına və nəhayət atmosfer
çöküntülərinin tərkibinə ciddi təsir
edərək biosferdə gedən həyat proseslərinin normal
inkişafına əngəl olur. Bu cür problemlərin qarşısını
almaq və ətraf mühiti qorumaq üçün mütləq
yaşıllıqların sayı artırılmalı,
havanı çirkləndirənlərə qarşı cəzalar
sərtləşdirilməlidir".
Milli Hidrometeorologiya Xidmətindən bildirilir ki,
atmosferin çirklənməsinin monitorinqi Nazirlər
Kabinetinin qərarı ilə "Ətraf mühitin və təbii
ehtiyatların dövlət monitorinqinin aparılması
qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq
həyata keçirilir. Atmosfer havasının çirklənməsi
üzərində müşahidələr stasionar və səyyar
məntəqələrdə aparılır. Stasionar və səyyar
məntəqələr hər bir şəhərin
(yaşayış məntəqəsinin) sahəsi, relyefi, sənayenin
inkişafı, səyyar tullantı mənbələri və əhalinin
sayı nəzərə alınmaqla təşkil edilir.
Ölkədə mövcud olan hava keyfiyyətinin monitorinq
şəbəkəsi bir çox amillər baxımından
müasir standartlara, beynəlxalq meyarlara cavab vermirdi.
Ölçülən çirkləndiricilərin seçimi
ictimai səhiyyənin tələblərinəuyğun deyildi,
monitorinq ləng və zəhmət tələb edirdi. Buna
görə də, hava keyfiyyətinə dair cari monitorinq şəbəkəsinin
modernizasiyası işlərinə başlanılıb. Belə
ki, son dövrlər bu sahənin gücləndirilməsi
istiqamətində işlər davam etdirilir. Azərbaycanın
Avropa İttifaqı ilə mövcud olan Fəaliyyət
Planında atmosfer havasının monitorinqi sisteminin Aİ
Direktivlərinə uyğun fəaliyyətinin mərhələlərlə
təmin olunması nəzərdə tutulub. Öhdəlikdə
fasiləsiz fəaliyyət göstərən
üçüncü nəsil avtomatik məntəqələrin
quraşdırılması tələb olunur. Bununla əlaqədar
İsveçin OPSİS AB şirkətindən 1 ədəd
onlayn rejimdə çalışan müşahidə məntəqəsi
alınıb. Məntəqənin 2016-cı ilin may ayından
etibarən fəaliyyəti təmin edilib. Hazırda hər
gün bu məntəqədən atmosfer havasında PM10
(asılı hissəciklər), NO2, SO2, benzol, toluol, kselol kimi
qaz birləşmələri və ozonun səviyyəsi
üzrə monitorinq nəticələri alınır.
Atmosferin çirklənməsinin monitorinqi üzrə iri
şəhərlərdə yerləşən müşahidə
məntəqələrinin onlayn rejimdə çalışan
müşahidə məntəqələri ilə əvəz
olunması ETSN-nin qarşısında duran prioritet məsələlərdən
biridir. Belə ki, 2019-cu il üçün nəzərdə
tutulmuş İnkişaf Konsepsiyasına uyğun olaraq bir səyyar
laboratoriya və atmosfer havasının monitorinqi üzrə 5
stasionar avtomatik stansiya alınıb. Bu stansiyaların 3 ədədi
Bakı şəhərində, Gəncə və Sumqayıt
şəhərlərində isə 1 ədəd olmaqla
quraşdırılmışdır. Stansiyalar dünyada ətraf
mühit üzrə analizator istehsalına görə öndə
gedən "Thermo" (ABŞ) şirkətinin cihaz vəavandanlıqları
ilə komplektləşdirilmişdir. Stansiyalar şəhər
fonu, nəqliyyat, sənaye profilli olaraq 3 istiqamət üzrə
quraşdırılmış vəhər stansiyanın
profilinə uyğun analizatorlarla təchiz edilmişdir.
Stansiyalardan fasiləsiz olaraq atmosfer havasından PM 2.5, PM 10,
azot 4-oksid (NO2), azot 2-oksid, NOx, kükürd qazı (SO2), dəm
qazı (CO), hidrogen sulfid (H2S), BTEX kimi qaz
qarışıqları və ozonun yer səthində səviyyəsi
üzrə nəticələri əldə olunur. Stasionar
stansiyalardan daxil olan məlumatlar mərkəzi məlumat
bazasında toplanılır, hava keyfiyyətinin qiymətləndirilməsi
vədigər məqsədlər üçün bazadan
aidiyyatı üzrə istifadə edilir. Altıağac Milli
Parkının ərazisində Xızı fon stansiyası Azərbaycan
tərəfindən 2002-ci ildə ratifikasiya edilən BMT-nin
Avropa İqtisadi Komissiyasının "Böyük məsafələrdə
havanın transsərhəd çirkləndirilməsi
haqqında Konvensiya"nın tələblərinə
uyğun olaraq 2012-ci ildən fəaliyyət göstərir. Məntəqədə
mütəmadi olaraq yağış və anion-kationların təyini
məqsədilə nümunələr
götürülür, müvafiq analizlər aparılır.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 8 mart(№44).- S.23.