Fikrət
Əmirov adına Festivalda “Sevil” təqdim edilib
Xəbər verdiyimiz kimi, Fikrət Əmirov adına Gəncə
Dövlət Filarmoniyasının təşkilatçılığı
ilə 4-9 mart tarixlərində Fikrət Əmirov I
Ümumrespublika Musiqi Festivalı keçirilir.
Festival çərçivəsində martın 6-da
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının təqdimatında dahi bəstəkarın
görkəmli dramaturq Cəfər Cabbarlının “Sevil”
pyesinin motivləri əsasında yazdığı opera
nümayiş etdirilib.
Tamaşada Xalq artisti Azər Zeynalov (Balaş), Əməkdar
artistlər İnarə Babayeva (Dilbər), Səbinə
Vahabzadə (Gülüş), Əliəhməd İbrahimov
(Babakişi), Tural Ağasıyev (Əbdüləli bəy),
solistlər Fatimə Cəfərzadə (Sevil), Taleh Yahyayev
(Atakişi), Fəhmin Əhmədli (Məmmədəli bəy),
Esmira Məmmədova (Tafta), Məhəbbət Səfərov
(Azançı) çıxış ediblər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar
incəsənət xadimi Hafiz Quliyev, dirijoru Xalq artisti
Cavanşir Cəfərov, quruluşçu rəssamı Xalq rəssamı
Tahir Tahirov, xoreoqraf Əməkdar incəsənət xadimi
Yulana Əlikişizadə, xormeysteri Əməkdar incəsənət
xadimi Sevil Hacıyevadır.
525-ci qəzet .- 2025.- 8 mart(¹44).- S.19.