Musiqili Teatrın
yaradıcı heyəti Lənkəranda
Mədəniyyət Nazirliyinin regionlarda qastrol səfərlərinin
təşkil edilməsi barədə əmrinə əsasən
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının
yaradıcı heyəti Lənkəranda olub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, yaradıcı heyət
məşhur özbək yazıçısı İbrahim
Sadıqovun “Molla Nəsrəddinin beş arvadı”
komediyasını uğurla nümayiş etdirib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar
incəsənət xadimi Əsgər Əsgərovdur. Səhnə
əsəri Türk dünyasının kamillik, müdriklik
simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəralarından
bəhs edir. Gülüş dolu tamaşada rolları Əməkdar
artistlər Əkbər Əlizadə, İqrar Salamov, aktyorlar
Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gülnarə
Abdullayeva, Gülnarə Əzizova, Türkel Tariqpeyma, Əliməmməd
Novruzov, Fərid Rzayev, Ruslan Mürsəlov ifa ediblər.
525-ci qəzet .- 2025.- 8 mart(№44).- S.19.