Gənclər
Kitabxanasında Milli Teatr Gününə töhfələr
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında 10 Mart - Milli Teatr Günü münasibətilə
silsilə materiallar – biblioqrafik icmal, virtual və ənənəvi
kitab sərgiləri hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan
biblioqrafik icmalda xalqımızın böyük mədəni
sərvəti olan peşəkar milli teatrın yaranması və
inkişafı mərhələləri haqqında məlumatlar,
Prezident İlham Əliyev tərəfindən imzalanan və Azərbaycan
peşəkar milli teatrının inkişafına xidmət edən
bir sıra dövlət sənədlərinin tam mətni,
görkəmli şəxslərin teatr sənəti
haqqında söylədikləri dəyərli fikirlər yer
alır.
Kitabxananın rəsmi saytında yerləşdirilən
https://ryl.az/funds/biblioqrafik-icmal materialda Ulu Öndər Heydər
Əliyevin teatra və yaradıcı insanlara göstərdiyi
diqqət və qayğı, Azərbaycan teatrının 10
illik inkişaf perspektivlərini müəyyənləşdirən
Dövlət proqramı çərçivəsində
görülən işlər, Azərbaycan teatrlarının
dünyanın bir çox ölkəsində keçirilən
beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil
etməsi haqqında məlumatlar öz əksini tapır.
Materiallarda “Milli teatr haqqında”, “Görkəmli səhnə
ustaları” və “Rejissorlar” başlıqları altında
“Heydər Əliyev: Sənət, sənətkarlar və sənətkarlıq
haqqında”, “Heydər Əliyev mədəni irsimizin
keşiyində”, “Azərbaycan teatr tarixi”, “Hüseyn Cavid və
Naxçıvan teatrı”, “Azərbaycan müəlliflərinin
əsərləri akademik teatrda”, “Səhnəyə qovuşan
cığırlar” kimi 30-dan artıq kitabın biblioqrafik təsviri,
qısa annotasiyası və elektron keçidi təqdim edilir.
“Böyük mədəniyyət, tükənməyən
sevgi – Milli teatr” adlı virtual kitab sərgisində milli
operetta aktyorluğunun inkişafında misilsiz xidmətləri
olan, Xalq artisti Nəsibə Zeynalova, yaddaqalan obrazlarla bu
gün də qəlblərdə yaşayan Xalq artisti Bəşir
Səfəroğlu və digər korifey sənətkarlar
haqqında məlumat verilir, onların tamaşalarından
fraqmentlər nümayiş olunur.
Gənclər Kitabxanasında "10 Mart - Milli Teatr
Günü" adlı ənənəvi kitab sərgisi də
təşkil olunub. Burada Azərbaycan teatr sənətinin
tarixindən, görkəmli nümayəndələri-korifey sənətkarların
həyat və yaradıcılığından bəhs edilən
kitablar, dərsliklər kitabxana əməkdaşları tərəfindən
Milli Teatr Günü ilə əlaqədar hazırlanan
biblioqrafik vəsaitlər sərgilənir.
Milli Teatr Günü ilə əlaqədar
hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.
525-ci qəzet .- 2025.- 11 mart(¹45).- S.9.