Mədəniyyət naziri Adil Kərimli
Neftçalada vətəndaşlarla
görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin tapşırığına əsasən, hər
ay mərkəzi icra hakimiyyəti orqanları və digər
idarəetmə qurumlarının rəhbərləri tərəfindən
şəhər və rayonlarda qəbullar keçirilir.
Mədəniyyət naziri Adil Kərimli martın 13-də
Neftçala rayon Heydər Əliyev Mərkəzində vətəndaşların
müraciətlərini dinləyib.
Qəbuldan öncə nazir Adil Kərimli və
Neftçala Rayon İcra Hakimiyyətinin
başçısı Mirhəsən Seyidov müasir və
müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər
Əliyevin Neftçala şəhərindəki abidəsi
önünə tər çiçək dəstələri
qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin
də iştirak etdiyi qəbulda Neftçala, Salyan, Biləsuvar,
Hacıqabul rayonları və Şirvan şəhərindən
olan vətəndaşlar müraciət və təkliflərini
diqqətə çatdırıblar.
Vətəndaşların müraciətləri, əsasən,
mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq,
iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın
yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi
və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşlar tərəfindən
qaldırılan hər bir məsələnin operativ
araşdırılması və qanunvericiliyə uyğun həlli
ilə bağlı addımlar atılacağını qeyd
edib.
Qəbulda şəhid ailələri və qazilərin
qeyd etdikləri məsələlərə xüsusi diqqət
göstərilməsi və obyektiv baxılması ilə
bağlı nazirliyin məsul əməkdaşlarına
tapşırıqlar verilib.
525-ci qəzet .- 2025.- 14 mart(№48).- S.11.