Tanınmış filoloq Əkbər Ağayevin 110
illiyi münasibətilə məlumat bazası
hazırlanıb
Cəfər Cabbarlı
adına Respublika Gənclər Kitabxanasında Azərbaycan
elmi-nəzəri fikrinin inkişafında mühüm rol
oynamış tənqidçi - ədəbiyyatşünas,
filologiya elmləri doktoru, professor Əkbər Ağayevin anadan
olmasının 110 illiyi münasibətilə elektron məlumat
bazası hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron baza
kitabxananın rəsmi saytında yerləşdirilib.
Bazada Əməkdar mədəniyyət işçisi
Vaqif Yusiflinin “Ustad tənqidçi, görkəmli ədəbiyyatşünas”,
jurnalist Tahir Abbaslının “Xoş xatirə-təəssüratlar
professoru – klassik ədəbiyyatşünaslıq və tərcüməçiliyimizin
şanlı nümayəndələrindən, ədəbi tənqidimizin
tərifli sütunlarından – Əkbər Ağayev” məqalələrinin
tam mətni, müxtəlif elm, mədəniyyət, ədəbiyyat
və mətbuat nümayəndələrinin professor
haqqında söylədikləri dəyərli fikirlər və
Əkbər Ağayevin görkəmli ədiblərin
yaradıcılığına, ədəbiyyatşünaslığa
dair səsləndirdiyi düşüncələri təqdim
edilir.
Kitabxana əməkdaşları tərəfindən
hazırlanan bazada Əkbər Ağayevin müəllifi, elmi
redaktoru, tərtibçisi, rəyçisi olduğu, “Ön
söz” yazdığı kitabların, məqalələrin
siyahıları, tərcümələri, haqqında
müdafiə olunan dissertasiya və avtoreferatlar yer alır.
Elektron bazada Əkbər Ağayevin ədəbi fəaliyyətinə
həsr edilən virtual sərgi ilə yanaşı, kitabxana əməkdaşları
tərəfindən hazırlanan videomaterial da sərgilənir.
Materialda görkəmli professorun gənclik illəri, ədəbi,
elmi-pedaqoji fəaliyyəti haqqında geniş məlumat
verilir, onun dünya ədəbiyyat incilərinin Azərbaycan
dilinə tərcümə edilməsi sahəsində olan
danılmaz əməyi qeyd edilir. Kitabxananın rəsmi
saytında yerləşdirilən videomaterialda Əkbər
Ağayevin tərcümə etdiyi kitabların sərgisi
nümayiş olunur.
525-ci qəzet .-2025. -19 mart(¹51).- S.14.